Bu gün:

Urmiya gölünün quruma təhlükəsi


İranın Qərbi Azərbaycan vilayətində dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması təhlükəsi İranla yanaşı, region üçün də ekoloji təhlükə yaradır.

İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən və adını Azərbaycan türklərinin  yaşadığı Urmiya şəhərindən götürən Urmiya gölündə bərpa işləri davam etsə də, bütün ölkəni əhatə edən quraqlıq təhlükəsi gölü kəskin şəkildə qurudur.

Urmiya gölü 2013-cü ilə qədər təxminən 90 faiz quruyub və cəmi 10 faizi qalıb. Bu tarixdən sonra atılan addımlar gölü bir az da canlandırsa da, quraqlıq onu qurudur.

AA qrupu ölkədə quraqlıqdan ən çox zərər çəkən Urmiyə gölünün quruması və suyun səviyyəsinin azalması ilə bağlı monitorinq aparıb, aparılan canlanma işləri ilə bağlı səlahiyyətlilərin və ekspertlərin rəylərini alıb.

Göl quruyarsa, bölgədə həyat quruyar

Urmiya gölünün dirçəlişi üçün Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində yaradılan dirçəliş mərkəzlərinin müdiri Ferhad Serhoş 2006-cı ildə eni 5 min kvadrat kilometr olan gölün 500 kvadrat kilometrə qədər azaldığını bildirib. 2013-cü ildə 30 milyard kubmetr olan suyun həcmi 1 milyard kubmetrə qədər azaldığını bildirib.

2013-cü ilə qədər gölün 90 faizinin quruduğunu və cəmi 10 faizinin qaldığını qeyd edən Serhoş, qurumanın yaratdığı toz fırtınalarının ətraf əyalətlərdə ekoloji problemlərə səbəb olduğunu qeyd edib.

Serhoş, bərpa işlərindən sonra 1 milyard kubmetrə qədər azalan suyun həcminin 4 milyard kubmetrə, 500-ə enən eninin isə 3 min 666 kvadrat kilometrə yüksəldiyinə diqqət çəkib.

Serhoş dedi:

"Urmiya gölü birbaşa insanların həyatına aiddir. Göl quruyarsa, bölgədəki həyat da quruyacaq. Hazırladığımız yol xəritəsinə görə, 2027-ci ilə qədər istənilən normal ekoloji tarazlığa çatmağı hədəfləyirik. Normal ekoloji səviyyədə gölün eni 4400, həcmi isə 13 milyard su təşkil etməlidir”.

Mənbə: AA.com.tr

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et