Bu gün:

İnfarktdan bir gün əvvəl görülən əlamətlər


ABŞ-də aparılan bir araşdırmaya görə, ürək xəstələrinin yüzdə 50-də yaxınlaşan problem bir gün əvvəl açıq əlamətlərlə təsbit edilə bilər.

Ürək İnstitutunun yeni araşdırması infarktın bir gün əvvəl siqnal verə biləcəyini ortaya qoyub.

 “Lancet Digital Health” elmi jurnalında dərc olunan nəticələrə görə, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrı hiss olunur.

Hər iki cinsdə görülən, lakin digərləri qədər yayılmış olmayan xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anormal tərləmə daxildir. Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri anlamaq həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər.

Tədqiqat qrupuna rəhbərlik edən Summet Chugh: "Təcili çağırışlarda insanlar üçün xəbərdarlıq əlamətlərindən istifadə etmək erkən ölümün qarşısını ala bilər",- deyə qeyd edib. 


Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et