
Psixoloq Natalya Naumova yayın sonu ilə əlaqədar kədərlə mübarizə aparmağın üç effektiv və asan yolunu sadalayıb. “Veçernyaya Moskva” nəşri onun sözlərini sitat gətirir.
Naumova izah edir ki, payızda insanlar, adətən, soyuq havanın yaxınlaşdığını xatırlayırlar və düzgün istirahət etməyə vaxtlarının olmadığı üçün peşman olmağa başlayırlar. Buna görə həm də gündüz saatlarının azalması və gecənin uzanması səbəbindən ümidsizlik hissi olur. Psixoloq əmindir ki, qarşısına yeni məqsədlər qoymaq onun öhdəsindən gəlməyə kömək edəcək, çünki insan bir şeyə həvəslidirsə, onun kədərlənməyə vaxtı yoxdur.
Mütəxəssis başqa bir təsirli üsul olaraq duyğuların öyrənilməsini qeyd etdi. Onun sözlərinə görə, öz hisslərinizi və onların yaranmalarının səbəblərini daha yaxşı başa düşməyi öyrənmək, həmçinin onların bədəndə harada və necə əks olunduğunu müəyyən etmək vacibdir. Bu, boğazda bir şiş və ya hər hansı gərginlik ola bilər. Naumova bu şərtləri nəzərdən qaçırmamağı, əksinə onları zehni olaraq azaltmağa çalışmağı tövsiyə etdi.
Psixoloqun son məsləhəti öz əhvalınızı yaratmaqdır. Naumova vurğulayır ki, hər bir insan ilin istənilən vaxtında həyatdan razı qala bilər və yalnız yayda xoşbəxtlik və sevgi üçün vaxt olduğu stereotipindən qurtulsa, hava və fəsillərin dəyişməsinə o qədər də kəskin reaksiya verməyəcək.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
