Bu gün:

Bu davranışların nəticəsində böyrək xəstəsi ola bilərsiniz


Böyrəklərimiz bədənimizdəki zərərli maddələri süzmək üçün hər saniyə işləməyə davam edir. Sağlam bədənə sahib olmaq üçün sağlam böyrəklərə sahib olmaq lazımdır. Ancaq özümüz də bilmədən təkrarladığımız bu gündəlik davranışlar böyrəklərimizə zərər verir.

Bədənimizdəki həyati orqanlardan biri olan böyrəklərimiz bəzi yanlış davranışlar nəticəsində sağlam şəkildə fəaliyyətini dayandıra bilər. Böyrək daşlarının əmələ gəlməsi və hətta böyrək çatışmazlığı kimi bir çox xəstəliklərə yol aça bilən bu davranışların davam etdirilməsi böyrək xəstəliklərinə gətirib çıxarır. Həkimlər gündəlik davranışlarla bağlı yayılmış yanlış təsəvvürləri və böyrək xəstəliklərinin qarşısını almaq üçün nələrə diqqət edilməli olduğunu izah ediblər.  

Gündə 8 stəkandan az su içmək 

İnsanlar böyrək sağlamlığını qorumaq və sidik vasitəsilə bədəndən zərərli maddələri çıxarmaq üçün müəyyən miqdarda su istifadə etməlidirlər. Gündə 8 stəkan su içmək böyrəklərinizdə daş əmələ gəlməsinin və böyrək xəstəliklərinin qarşısını almağa kömək edəcək.

Yarım xörək qaşığından çox duz istifadəsi 

Gün ərzində yarım xörək qaşığından çox duz istifadə etmək həm böyrək, həm də ürək sağlamlığınız üçün mənfidir. Daha sağlam həyat üçün duz istifadəsini gündə yarım xörək qaşığı ilə məhdudlaşdırmaq vacibdir.

Ağrı kəsicilərdən istifadə

Ağrıkəsicilər ani həll yolu təklif etsə də, onların tərkibində gələcəkdə qaraciyər və böyrəklərdə xəstəliklərə səbəb olan kimyəvi maddələr var. Ağrıkəsicilərdən mümkün qədər az istifadə edilməlidir. Ən kiçik ağrılarda belə ağrıkəsici istifadə etmək əvəzinə təbii üsulları sınaya bilərsiniz.

Sidiyin saxlanması

Tualetə getmək lazım olanda gözləmək və gecikdirmək sidik yollarına zərər verir. Bu vəziyyət davam etdikdə böyrəkləriniz zədələnəcək. Sidiyi tutmaq yerinə, tualet ehtiyaclarınızı anında qarşılamağa çalışın.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et