Bu gün:

Damarlarda yığılmış donmuş yağları təmizləyir


Ateroskleroz damarların divarları boyunca bədən yağları yığıldıqda meydana gəlir. Damarların tıxanması daralmaya səbəb olur, ürəyə və bədənin digər hissələrinə qan axını məhdudlaşdırır. Koroner ürək xəstəliyi ürək xəstəliklərinin əsas səbəbi hesab olunur. Bu hallarda qəbul etdiyiniz qida damarlarınızı kökündən ucuna qədər təmizləyə bilər. Bəs qan damarlarını hansı qidalar təmizləyir?

“Ürək-damar xəstəlikləri dünyada ölümə səbəb ola biləcək ən çox görülən xəstəliklərdən biridir. Digər tərəfdən, erkən yaşda əldə edilən yemək və idman vərdişi bu xəstəliklərin qarşısını almağın bir üsuludur. Bəzi qidalar damar tıxanmasına səbəb olan problemləri də aradan qaldırır və damarları təmizləyir”.

Yulaf əzməsi

Yulaf əzməsi yüksək lif tərkibi ilə tanınır və həzm sağlamlığını dəstəkləyir. Səhər yeməyində yulaf qəbul edildikdə və ya yulaf çörəyinə üstünlük verildikdə xolesterol səviyyəsinin sabitləşir.

Badam

Badam doymamış yağlar və liflə zəngin bir qəlyanaltıdır. Tərkibindəki sağlam yağlar xolesterol səviyyəsini azaltmağa kömək edə bilər. Gündə bir ovuc badam yemək sağlam bir çəki təmin edir və xolesterol səviyyəsini sabitləşdirir.

Qızıl balıq

Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıq ürək sağlamlığına kömək edə bilər. Omeqa-3 yağ turşuları iltihab əleyhinə təsir göstərə bilər və xolesterol səviyyəsini sabitləşdirməyə kömək edir.

Zeytun yağı

Zeytun yağı mono doymamış yağ ehtiva edir və ürək sağlamlığına müsbət təsir göstərə bilər. Yeməkdə zeytun yağının istifadəsi doymuş yağ miqdarını məhdudlaşdırmağa kömək edir.

Alma

Yüksək lif və antioksidan tərkibi sayəsində alma xolesterol səviyyələrini tarazlaşdırmağa kömək edə bilər. Eyni zamanda, aclıq hücumlarının qarşısını alaraq pəhriz saxlayanlar üçün əvəzolunmaz bir qidadır.

Üzüm

Xüsusilə resveratrol adlı qırmızı üzümün dərisindəki birləşmə xolesterol səviyyəsinə müsbət təsir göstərir. Üzüm də xərçəngdən qoruyur.

Avokado

Sağlam yağlar və lif tərkibi sayəsində avokado qəbulu zərərli xolesterol səviyyəsini azaltmağa kömək edir. Onlarla faydası olan avokado tıxanmış arteriya probleminin müstəsna faydasını təmin edir.

Nar

Nar meyvəsi antioksidanlarla zəngin olduğu və xolesterolu azalda biləcəyi düşünülən başqa bir meyvədir. Çox miqdarda C vitamini olan nar qan şəkərini də azaldır.

Xolesterol dəyərləri necə olmalıdır? 

Normal bədən funksiyalarını qorumaq və ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmaq üçün qanda xolesterol səviyyəsinin normal həddə olması çox vacibdir. Sağlam olaraq tanınan bir insanda qanda LDL səviyyəsi 130 mq / dL – dən, ümumi xolesterol 200 mq / dL – dən, trigliserid səviyyəsi 150 mq / dL-dən, HDL səviyyəsi qadınlarda 40 mq / dl, kişilərdə 50 mq / dL-dən aşağı olaraq təyin olunur.

Aparılan qan testləri nəticəsində xolesterol və trigliserid səviyyələrinin normada olmadığı aşkar edilərsə, bu vəziyyətin səbəbi müəyyənləşdiriləcək və fərd üçün müvafiq müalicə təyin ediləcəkdir.

Simptomlar:

Üzdə və xüsusilə göz ətrafında əmələ gələn sarı yağ bezləri

Sinə ağrısı

Zəiflik və yorğunluq

Ayaq ağrısı, uyuşma

Başgicəllənmə

Gec yara sağalması

Solğun dəri

Nəfəs darlığı

Dərinin altında yağ yığılması

Dəri ləkələri

Bədənin bəzi bölgələrində çürüklər

Yüksək xolesterol hallarının əksəriyyəti sakit olmağa meyillidir və bu səbəbdən xəstəliyin mənzərəsi inkişaf edənə qədər heç bir açıq simptom görünə bilməz. Bu vəziyyət normal yoxlamalarda xolesterol səviyyəsinin öyrənilməsini daha dəyərli edir. Xüsusilə 20 yaşdan yuxarı insanlarda xolesterol səviyyələrini mütəmadi olaraq izləmək tövsiyə olunur.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et