
Qaz problemi, demək olar ki, hər kəsin qarşılaşdığı ən ümumi problemlərdən biridir. Sevdiyiniz paltarı geyinə bilməməyin belə problemə çevrilə biləcəyi bu problemlə mübarizə aparmağın ən yaxşı yolu təbiətdən faydalanmaqdır.
Birincisi, qaz və şişkinliyə səbəb olan problemi müəyyənləşdirmək bu problemi həll etməyin ən asan yolu ola bilər. Misal üçün; çox lifli qidalar yemək, çox qazlı içkilər içmək və ya həzm sistemi ilə bağlı əsas problemin mənbəyi ola bilər. Ancaq baş verən qaz problemini həll etmək üçün bir neçə sadə üsulu sınaya bilərsiniz.
Kök və ya toz şəklində istifadə edilən zəncəfilin qarın ağrısını azaltmağa kömək etdiyi və potensial olaraq qazın azalmasına kömək etdiyi bilinir.
“Həzm sisteminin əzələlərini rahatlaşdırmaq üçün təbii qabiliyyəti sayəsində qaz meydana gəlməsini azaltmağa kömək edərək düzgün həzmi təşviq edir”, - deyə dietoloq Trista Best izah edir.
Bundan əlavə, iltihab əleyhinə birləşmə “gingerol” da mədənizi rahatlaşdıraraq və şişkinliyi azaldaraq qaz meydana gəlməsini azaltmağa kömək edə bilər.
Razyana toxumu
Razyana güclü ləzzəti və ətri ilə müxtəlif mətbəxlərdə istifadə olunan bir bitkidir, eyni zamanda, yağ və ya çay şəklində qazdan qurtulmağa kömək etdiyi bilinir.
Dietoloq Lauren Manaker qeyd edir ki, razyana toxumu həzm sistemindəki qıcıqlandırıcı qaz əmələ gətirən bakteriyaların fəaliyyətinə mane törətməklə qazı azaltmağa kömək edə bilər və buna görə də razyana yağı əlavələri qəbul etmək qazı və şişkinlik hissini azaldır.
Başqa bir seçim razyana toxumu yağını tək istifadə etməkdir. Bu yağ suya bir neçə damla damlatmaqla istifadə edilə bilər.
Nanə yağı
Razyana toxumu yağı kimi, nanə yağı da şişkinlik hiss etdiyiniz anlarda kömək edə bilər.
Best qeyd edib ki, nanə yağının mədə-bağırsaq traktının əzələlərini rahatlaşdırdığı bilinir. Beləliklə, qida və qazların həzm sistemi vasitəsilə çatdırılması ümumiyyətlə qaz simptomlarını aradan qaldırmağa kömək edir.
“Nanə yağının aktiv birləşmələri olan mentol bağırsaqdakı hamar əzələlərə sakitləşdirici təsir göstərir və bu rahatlama qaz və şişkinliyə səbəb ola biləcək ağrıları və sancıları azalda bilər. Nanə yağı da hərəkətə kömək edə bilər. Bu yağı suya və ya çaya yalnız bir neçə damcı əlavə edərək qəbul edə bilərsiniz".
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
