
Yod insan orqanizmində çox az miqdarda olan normal böyümə və inkişaf üçün vacib elementdir. Yod çatışmazlığının əlamətlərindən xəbəriniz varmı?
Yod su və dəniz məhsullarının qəbulu ilə udulur. Normal şəraitdə bədənimizdə 15-20 mq yod var. Təxminən 1,5 milyard insan və ya dünya əhalisinin 29%-i yod çatışmazlığı olan riskli ərazilərdə yaşayır. Hər il doğulan təxminən 40 milyon uşağın analarının qida rasionunda kifayət qədər yod olmaması səbəbindən müxtəlif dərəcələrdə əqli gerilik riski altında olduğu təxmin edilir.
Yaşdan asılı olaraq gündə nə qədər yod qəbul edilməlidir?
ICCIDD (Yod Çatışmazlığı Xəstəliklərinə Nəzarət üzrə Beynəlxalq Şura) və ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən tövsiyə olunan yaşa bağlı gündəlik yod qəbulu aşağıdakılardır:
Yaş / Gündəlik yod qəbulu – mkq/gün:
•0–12 yaş / 50
•1 – 6 yaş / 90
•7 – 12 yaş / 120
•12 yaş və yuxarı / 150
•Hamilə / 200
•Laktasiya / 200
Bu istiqamətdə dozanın tənzimlənməsi və lugol (yod damcısı) istifadəsinin tətbiqi həkim nəzarəti altında aparılmalıdır.
Yod çatışmazlığına qarşı yodlaşdırılmış duzdan istifadə edin
Yod çatışmazlığına görə dünyada ən çox istifadə edilən üsul duzun yodlaşdırılmasıdır. Bunun xaricində yodla zəngin olan qidalara diqqət yetirərək yod çatışmazlığınızın qarşısını ala bilərsiniz.
•Çörəyə yodun əlavə edilməsi
•Yod tabletlərinin istifadəsi
•Yodlaşdırılmış yağ kapsullarından və yodlaşdırılmış yağ enjeksiyasından istifadə
•İçməli suyun yodlaşdırılması
Bəzi qidalar yod çatışmazlığına səbəb ola bilər
Bəzi qidalarda olan antitiroid birləşmələr qalxanabənzər vəzdə yodun daşınmasının qarşısını alır. Nəticədə yod çatışmazlığı yaranır. Ən əhəmiyyətli antitiroid birləşmələrinə kələm, gül kələm, brüssel kələmi, şalgam, turp və s. aiddir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
