Bu gün:

Elmi araşdırma: Musiqinin növü yeməyin dadını dəyişir


İsveçdə aparılan bir araşdırmada məlum olub ki,yemək yeyərkən dinlənilən musiqi yeməyin dadını dəyişir.

İsveç alimləri dinlənilən musiqi növü ilə tükədilən yeməyin dadı arasında əlaqə aşkar ediblər.

Bəzi musiqi növləri yeməyin dadının dəyişməsinə səbəb olur. Tədqiqatın aparıcı alimi Yohan Svahn qeyd edib ki, yüksək musiqi tonları deserti daha şirin edir, bu da desert reseptlərində daha az şəkər istifadə etməyə imkan verir. Enerjili pop mahnıları isə dadlandırıcı rolunu oynayır.

Alim bildirib ki, musiqi tempi insanların yemək sürətini də dəyişir. O  yemək yeyərkən yüngül caz musiqisinə qulaq asır və bu musiqi ilə daha yavaş yemək yeyir.

Təxminən 500 nəfərin iştirak etdiyi araşdırmada elm adamları musiqinin müşayiəti ilə iştirakçılara müxtəlif yeməklər təqdim etdi. Gələn rəylərə görə bu nəticələrə çatdıqlarını vurğuladılar. Araşdırmanın nəticələri “Journal of Gastronomy and Food Science” jurnalında dərc olunub.

Duz istifadəsini azalda bilər

“The Times” qəzetinə danışan Svahn qeyd edib ki, restoranlar bu üsuldan sağlam qidalanma üçün istifadə edə bilərlər. Məsələn fast-food şəbəkələri məhsullarında duzun miqdarını azaldaraq, uyğun musiqidən istifadə edərək qavrayış yarada bilərlər. Bu yolla insanlar duz istifadəsinin qarşısını ala bilərlər.

Mənbə: Sözcü

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş