Bu gün:

İçində ölü arıların olduğu əncirin əmələ gəlməsi prosesi


Əncir ağacları heç vaxt çiçək açmır və küləklə tozlanmır. Əncir ağacının çiçəkləri əslində əncir meyvəsinin içərisindədir. Əncir yeyərkən xırtıldayan qönçələrin hamısı əslində çiçəkdir. Bu çiçəklərə girərək tozcuq toplayan heyvan əncir arısıdır.  

Əncirlər əslində bir çiçəkdir

Əncir ağacının çiçəyi qozaya bənzəyən quruluşa malikdir. Başqa sözlə desək, əncir tərs açan bir çiçək kimidir. Əncir meyvələri çoxalmaq üçün əncir arılarına ehtiyac duyur. Bu arı qrupu digər arılardan fərqli bir cinsdir və onlar yalnız əncirin içərisində mayalamaq üçün yaşayırlar.

Arılar əncirlərin içərisinə daxil olur

Əncirin yetişmə prosesində, meyvə tozlanmağa hazır olduqda, arıları şirnikləndirən bir qoxu buraxır. Dişi arılar qoxunun ardınca əncirin meyvəsini tapır və hər əncirin dibindəki dar deşikdən keçməli olurlar.  Bu deşikdən keçən dişi arılar qanadlarını itirdikləri üçün çölə çıxa bilmirlər.

Əncirin içərisində arı doğur

Bir neçə həftə ərzində əncir meyvəsinin içərisində yeni arılar çoxalır və erkək arılar dişi arılarla cütləşərək yeni dövrə başlayırlar. Dişilərdən xeyli kiçik olan erkəklərin qanadları olmadığı üçün əncir meyvəsinin içindən çıxa bilmir və içəridə ölürlər. Dişi arılar isə mayalanmış olaraq doğulduğu əncir meyvəsindən çıxaraq tozlanması lazım olan əncir meyvələrini axtarmağa başlayırlar.

Arı əncirin içərisinə yumurtalarını buraxdıqdan sonra ölür

Əncir meyvəsinə daxil olan dişi arı çiçəklərin içərisinə öz yumurtalarını qoyur.  Bu yumurta və polen çiçək dənələrinin mayalanmasını təmin edir. Çiçəklər kifayət qədər toxum verdikdən sonra dişi arı əncirin meyvəsinin içərisində ölür və əncirin içərisində bitən  yumrulara çevrilir.

Əncir yeyərkən həm çiçəkləri, həm də arıları yemiş oluruq 

Əncirin tozlanmasında böyük rol oynayan arılar bu dövrü davam etdirir və bu gün yediyimiz əncir meyvəsini qəbul etməyimizi təmin edir. Yəni əncir yeyəndə, əslində həm əncir arılarını, həm də çiçək toxumlarını yeyirik.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et