
Gecə yatmazdan əvvəl acırsınızsa və ya oyanar- oyanmaz mətbəxə qaçırsınızsa, bunun bir çox səbəbi ola bilər. Mütəxəssis Dietoloq Buket Ertaş Səfər həmin səbəbləri sadalayıb.
Gün ərzində çox az kalori yemək
Arıqlamaq və ya daha az yeyərək sağlam qalmaq üçün səhər və naharda çox az qida qəbul etmək gündəlik enerji ehtiyacımızı qarşılamağa kifayət etmir. Bu səbəblə axşam gec saatlarda bədən günün yorğunluğu ilə kompensasiya etməyə gedir və gecə aclıq hissi yaşanır. Belə hallarda gün ərzində və axşam yeməyi balanslaşdırılmış olmalıdır.
Kilo almaq problemi ilə axşam yeməyini çox tez yemək
Axşam yeməyinin vaxtı yuxu vaxtına uyğun olaraq planlaşdırıla bilər. Gecə oturmaq vərdişiniz varsa, axşam yeməyini çox tez yediyiniz üçün üstündən çox vaxt keçir. Buna görə də, bədən yeni enerji axtarışına çıxır. Bu enerjini yatmaqla verə bilmiriksə, yemək daha ağır olur. Belə hallarda ya yemək vaxtını bir neçə saat irəli çəkmək lazımdır, ya da axşam tezdən yeməkdən bir neçə saat sonra qan şəkərinizin qəfil yüksəlməsinə səbəb olmayacaq kiçik qəlyanaltı etmək olar. Məsələn, meyvə yemək əvəzinə həm karbohidrat, həm də zülal tərkibli qatıq və ya ayran kimi qidaları seçə bilərsiniz.
Sadə şəkərdən uzaq olun
Piylənmə ilə gələn leptin və insulin müqaviməti, doymayan iştaha və idarəolunmaz aclıq pis bir dövrdür. Yağlanma ilə mübarizə aparmadan öz-özünə sağalmasını gözləmək özünü aldatmaqdır. Bu dövrü qırmaq üçün ən əsas qaydalardan biri qan şəkərinin artmasına səbəb olacaq sadə şəkərləri aradan qaldırmaq, idman etmək və müntəzəm əsas yeməklər qəbul etməkdir.
Su içməyi unutmaq
Susuzluq və aclığın mexanizmləri çox oxşardır. Uzun müddət susuz qalmaq aclıqla qarışdırıla bilər. Əgər kifayət qədər yediyinizə əminsinizsə və hələ də aclıq hiss edirsinizsə, su içməyə diqqət yetirib, özünüzü müşahidə etməyə davam edə bilərsiniz. Odur ki, gecələr aclıq hiss etdikdə əvvəlcə bir stəkan su için.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
