Bu gün:

Stressi azaltmağın ən təsirli yolları


Stressin çox xəstəliyin başlaması və irəliləməsində ciddi bir risk faktoru olduğu artıq bilinir.  Bunun üçün bədən ve ruh sağlığımızı qorumaq əsas şərtdir.

Gündəlik həyatda stressdən uzaq durmaq çox çətindir. Bununla belə, ekspertlər qeyd edirlər ki, yaşadığınız stress və onunla mübarizə tərzini, əsasən, həyat tərzi seçimlərinizlə bağlıdır. Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz stressi azaltmaq üçün dərhal həyata keçirə biləcəyiniz sadə və təsirli həyat tərzi dəyişikliklərini izah edib:

Baxış bucağınızı dəyişin

Anidən neçə insana hirslənirik?  Neçə insan sizi incidir?  Hadisələrə nifrətlə  yanaşsaq, bir o qədər nifrətlə qarşılaşırıq. Sevgi ilə yaxınlaşdıqca isə sevgiylə qarşılaşırıq.  Yəni nə veririksə, onunla qarşılaşırıq. Bəzi istisnalarla zaman-zaman qarşılaşdığımız hadisələrlə bağlı bilmədiyimiz həqiqətlər də ola bilər.  Odur ki, həyata baxışınızı dəyişmək lazımdır. Qeyri-mümkün şeylərə görə əsəbiləşmək və hirslənmək faydasızdır. Sağlam, xoşbəxt və dinc olmaq çox vacibdir və hər şeydən dəyərliidir.

Vaxtı düzgün idarə edin

Lazımsız stressdən qaçmaq üçün gündəlik deyil, həftəlik planlar qurmağa çalışın. Proqramın düzgün işləməsində ən vacib məqam stresli işləri təxirə salmamağınızdır. Əslində, stressə səbəb olan işləri əvvəlcə bitirməyə çalışın ki, sevdiyiniz işləri sona qədər etmək üçün enerjiniz olsun.

Sevdiyiniz işi edin

"İşinizdən razısınızmı, yenidən doğulsaydınız eyni işi təkrar edərdinizmi?” Bu suallara əksəriyyət “yox” deyəcək.  Ancaq həyatınızda böyük yer tutan iş həyatınız sizə xoş gəlməsə, bədbəxtlik gətirir. İşindən narazı olmaq xəstəliklərə qarşı müqaviməti azaldır, narahatlıq səviyyəsini yüksəldir, depressiyaya gətirib çıxarır və həyatdan həzz almanı azaldır.

Mənbə: Sözcü 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et