
Araşdırmalar göstərir ki, gecə növbəsində işləmək orta yaşlı və yaşlı insanlarda yaddaşı 79 faizə qədər zəiflədə bilər.
Əvvəlki araşdırmalar göstərib ki, standart səhər saat 9-dan axşam 5-ə kimi iş saatlarından əlavə çalışma insan sağlamlığa əhəmiyyətli təsirləri var.
Bu araşdırmada qrup məşğulluq, iş qrafikləri və idrak funksiyası testlərinin nəticələri daxil olmaqla 47,811 böyüklər haqqında məlumatları təhlil edib. Hər beş respondentdən biri öz karyerasında növbəli işin bir növünü yaşadığını bildirib. İndiki işlərində gecə növbəsində işləyənlər, yalnız gündüz işləyənlərlə müqayisədə 79 faiz daha çox koqnitiv pozğunluğa malikdirlər. Ən uzun işlərində gecə növbəsində işləyən insanlar üçün bu nisbət yüzdə 53 daha yüksək idi.
İndiki işlərində gecə növbəsində işləyənlər yalnız gündüz işləyənlərlə müqayisədə 79 faiz daha çox koqnitiv pozğunluğa malikdirlər. Ən uzun işlərində gecə növbəsində işləyən insanlar üçün bu nisbət yüzdə 53 daha yüksək idi.
Bu bir çox professional qruplara təsir edir
Plos One jurnalında dərc edilən araşdırmada qeyd olunur: "Araşdırmalar növbəli işlərə məruz qalma və koqnitiv disfunksiya arasında potensial əlaqə olduğunu göstərir. Düşünürük ki, pozucu sirkadiyalı stimullar koqnitiv pozğunluğa səbəb olan neyrodegenerasiyada rol oynaya bilər”.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
