Bu gün:

Hipertoniya əlamətləri ola bilər



Hipertoniyanın heç bir simptom olmadan təsadüfən ölçülən yüksək təzyiq dəyəri ilə meydana gələ biləcəyini qeyd edən Daxili Xəstəliklər Mütəxəssisi Dr. Berna Güzel bildirib ki: “Xüsusilə boyundan alnına yayılan baş ağrısı simptomu nəzərə alınmalıdır”.

Hipertonitayaya diqqət

Daxili Xəstəliklər Mütəxəssisi. Dr. Berna Güzel hipertansiyon haqqında məlumat verib. Dr. Berna Güzel: “Müxtəlif günlərdə ən az iki dəfə ölçmə aparıldıqda 18 yaşdan yuxarı bir yetkində yuxarı qan təzyiqinin 140 mm Hg (civə təzyiqi) və üzərində və aşağı qan  təzyiqin 90 mm Hg və üzərində olmasıdır". 

Təzyiq dəyərlərinə diqqət edilməlidir

“Yuxarı qan təzyiqi 120-139 mm civə sütunu, aşağı qan təzyiqi jsə 80-89 mm civə sütunu arasında olan insanlar yüksək təzyiqin inkişafına namizəddirlər. Hipertoniya problemi olanlarda bulanıq görmə, zəiflik, yorğunluq, istəksizlik, baş ağrısı, başgicəllənmə, ürək ağrısı, tinnitus, nəfəs darlığı, burun qanaması, tez-tez sidiyə getmə kimi simptomlar müşahidə olunur.

Əlamətlərsiz görünə bilər

Hipertoniyanın ancaq heç bir əlamət göstərmədən təsadüfən ölçülən yüksək təzyiq dəyərinin tapılması ilə aşkar edilə biləcəyini vurğulayan Uzm. Dr. Güzel: “Ancaq ən çox görülən əlamətlər boyundan alnına yayılan baş ağrılarıdır. Bu əlamətə çox diqqət edilməlidir. Bundan əlavə, yuxarıda qeyd olunan simptomlardan birini və ya bir neçəsini yaşayanların bir mütəxəssisə müraciət etmələri və müalicəyə mümkün qədər tez başlamaları həyati əhəmiyyət kəsb edir".

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et