
Araşdırmalar bəzi qidaların faydalarından və bir çox sağlamlıq probleminin qarşısını almağa kömək etməsindən bəhs edir. Budur ən vacib 6 qida...
Sağlam həyatın əsası olan sağlam qidalanma ilə bağlı mütəxəssisimizlə məsləhətləşdik və öyrəndik ki, ömrü uzadan altı super qidadan ibarət balanslaşdırılmış pəhriz qəbul edən qadınlar daha sağlam həyat sürə bilər. Mütəxəssisimizin sözlərinə görə, bu qidalar az yağlı qatıq, qızılbalıq və sardina kimi yağlı balıqlar, lobya, noxud, mərcimək, pomidor kimi paxlalılar, D vitamini mənbəyi olan qidalar, çiyələk, böyürtkən kimi meyvələrdir. Həkimimizin izahatlarını çatdırırıq.
Az yağlı qatıq
Hələ sübut olunmasa da, həftədə 3-5 dəfə az yağlı qatıq yemək qadınlarda döş xərçəngi riskini azaldır. Bundan əlavə, mütəxəssislər qatıqda olan faydalı bakteriyaların (probiyotiklərin) insan sağlamlığına çox müsbət təsirlərinin olduğunu vurğulayırlar. Qatıq bağırsaqları və həzm sistemini tənzimləyir və rahatlaşdırır. O həmçinin mədə xorası və vaginal infeksiya riskini azaldır.
Yağlı balıq
Omeqa-3 yağ turşuları həftədə iki və ya üç dəfə yeyilə bilən bu balıqlarda ən faydalı elementdir. Somon və sardina kimi balıqlar hüceyrə membranını gücləndirir. Ürək xəstəlikləri, hipertoniya, depressiya, oynaq ağrıları kimi xəstəliklərdən qorunmağa kömək edir.
Paxla
Qadınların həftədə ən az üç-dörd dəfə yeməkləri çox faydalı olan paxla həm də zülal və lif baxımından son dərəcə zəngindir. O, infarkt və döş xərçəngi riskini azaldır. Həmçinin qadın hormonlarının balansına və sabitliyinə kömək edir.
Pomidor
Qadınlara həftədə üç-beş dəfə pomidor, portağal və qarpız kimi likopenlə zəngin qidalardan istifadə etmələrini tövsiyə edirik. Güclü antioksidant olan likopenin kişilərdə prostat xərçəngi riskini, eləcə də qadınlarda döş xərçəngi riskini azaltdığını göstərən yeni araşdırmalar var.
Az yağlı süd və ya portağal suyu
Qadınların gündə müəyyən miqdarda D vitamini ehtiyacı var. Kalsiumun sümüklərə faydalı olması üçün onun bağırsaqlar vasitəsilə sorulması lazımdır. D vitamininin qəbulu diabet, dağınıq skleroz (MS), süd vəzi, kolon və yumurtalıq xərçəngi, eləcə də osteoporoz risklərini azaldır.
Kaliforniya Universitetində aparılan araşdırmalar D vitamininin bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaq potensialına malik olduğunu ortaya qoyub. Beləliklə, D vitamini ilə zənginləşdirilmiş az yağlı süd və ya portağal suyu içmək lazımdır.
Çiyələk və böyürtkən
Çiyələk, böyürtkən, zoğal və moruq kimi giləmeyvələrdə şərab kimi antikanserogen xüsusiyyətlərə malik olan və hüceyrə bərpası xüsusiyyəti ilə tanınan antosiyan var. Antosiyanlar döş, mədə və bağırsaq xərçəngi riskini azaldan mühüm antioksidantlardandır. C vitamini və fol turşusu baxımından çox zəngin olan bu meyvələr dərinin qocalmadan qorunmasına da töhfə verir.
Əgər hamiləsinizsə, ən çox eşidəcəyiniz sözlərdən biri də fol turşusu və dəmir olacaq. Hamiləliyin ilk 12 həftəsində qəbul edəcəyiniz 400 mq fol turşusu sinir borularınızın zədələnməsini yüzdə 40 faiz azaldacaq. Fol turşusu ehtiyacınızı yaşıl yarpaqlı tərəvəzlər, bişmiş təzə lobya, portağal və portağal suyu ilə qarşılaya bilərsiniz.
Dəmir çatışmazlığı və anemiya hamiləlik zamanı narahatlıq yarada bilər. Qırmızı ət, quru meyvə, qoz-fındıq, bişmiş lobya kimi qidalardan istifadə etsəniz, dəmir ehtiyacınızı ödəmiş olarsınız. Gündə 1 stəkan portağal suyu içsəniz, dəmirlə yanaşı C vitamini də alacaqsınız.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
