
Bu psixi sağlamlıq problemi haqqında hər kəs bilməlidir. Depressiya keçirən hər bir insan müxtəlif mərhələlərdən keçsə də, xəstəliyi daha yaxşı anlamağa kömək edəcək bir neçə universal həqiqət var.
Depressiya genetik ola bilər
Son araşdırmalar depressiyanın biologiya ilə əlaqəli ola biləcəyini ortaya qoydu. Yeni bir araşdırma insan DNT-sindəki bəzi bölgələrin xəstəliklə əlaqəli ola biləcəyini göstərdi. Genləri araşdıran bir şirkət kimyəvi quruluşumuzda depressiya ilə əlaqəli təxminən 15 gen olduğunu aşkar etdi. Bunlar beyində neyronların inkişafına təkan verən eyni genlərdir.
Bu fiziki xəstəlikdir
Depressiyanın çox real fiziki əlamətləri, eləcə də emosional komponentləri var. Bu psixi problemi olan insanlar tez-tez iştahda dəyişiklik, baş ağrısı və yuxu pozğunluğu kimi simptomlarla qarşılaşırlar.
Alimlər daim yeni, perspektivli müalicə üsulları tapırlar
Psixi sağlamlıq cəhdləri, həqiqətən, işləyir. Xəstələrin depressiyaya səbəb olan vəziyyətlərin öhdəsindən gəlməyi öyrəndiyi, danışıq terapiyası depressiyanı müalicə etmək üçün təsirli və ucuz bir üsuldur. Bəzi tədqiqatlar hətta onlayn danışma terapiyasının müəyyən dərəcədə faydalı ola biləcəyini göstərir.
Depressiya çox yayılıb
Depressiya bütün dünyada təxminən 350 milyon insana təsir edir. Bu həm də bütün dünyada əlilliyin ən böyük səbəblərindən biridir.
Depressiya insanın iş həyatına ciddi təsir göstərə bilər
Depressiyanın ən xarakterik əlamətlərindən biri motivasiyanın olmamasıdır. Bu insanın peşəkar həyatına ciddi təsir göstərir. Psixi sağlamlıq problemləri olan insanları işə götürənlərə hər il təxminən 44 milyard dollar itirir.
Ayrı-seçkilik tanımır
Depressiya - hər hansı bir psixi sağlamlıq problemi kimi - hər kəsə təsir edə bilər. Yaş, status və ya etnik mənsubiyyətin əhəmiyyəti yoxdur. Bir çox məşhur şəxsiyyətlər, siyasətçilər və idmançılar psixi sağlamlıq problemləri ilə bağlı təcrübələrini media ilə bölüşüblər.
Depressiya pis damğalanır
Psixi sağlamlıq problemləri ilə bağlı mənfi stereotiplər hələ də reallığın bir hissəsidir. Psixi sağlamlıq terminləri hələ də təhqir kimi istifadə olunur, söhbətlərdə təsadüfən istifadə olunur. Bir çox insanlar ruhi xəstəliyi səhvən zorakılıqla əlaqələndirirlər. Bütün bu davranışlar psixi sağlamlıq problemləri ilə bağlı yanlış təsəvvürlərə səbəb ola bilər.
Bir çox insanlar problemi haqqında danışmamağı seçirlər
Mühakimə və utanc qorxusu psixi sağlamlıq problemləri olan bir çox insanı susdurur. Bu hal, xüsusilə, kişilərdə tez-tez olur. 2015-ci ildə aparılan bir araşdırmaya görə, intihar düşüncəsi olan kişilər daha çox susmağa üstünlük verirlər.
Ən pis ssenaridə intihara səbəb ola bilər
Psixoloji xəstəliklər ağırdır. Buna görə psixi sağlamlığa qayğı və mərhəmətlə yanaşmaq çox vacibdir. İntihar hallarının təxminən 90%-də psixi xəstəliklər rol oynayır.
Depressiya insanın şəxsiyyətini müəyyən etmir
Depressiya şəxsiyyət qüsuru deyil. Xərçəng və ya şəkər xəstəliyinin insanın şəxsiyyətini təşkil etmədiyi kimi, ruhi xəstəliklərdə də belə deyil.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
