
Qələmin ixtirası, əslində, rəssamın mürəkkəblə problem yaşaması ilə başladı. Ladislao Biro macarlı heykəltəraş, rəssam və yazıçı olub. O, daim mürəkkəbi dəyişirdi, çünki qələm onun həyatı üçün çox vacib idi.
Dərslərinə başladı və gördü ki, qəzetlərdə istifadə olunan mürəkkəb dərhal quruyur və heç bir islaqlıq qoymur. Buna görə də ağlına bir fikir gəldi. Qələmin ucuna kiçik bir top qoyaraq istifadə etməyə başladı. Qələmin ucu kağıza toxunduqca top fırlanır və mürəkkəb kağızda iz buraxırdı.
1938-ci ildə patentləşdirildi və 1943-cü ildə iki qardaş ixtiralarını maliyyələşdirmək üçün onu Argentinada satmağa başladılar. Qısa müddətdə şirkət BIC Korporasiyası tərəfindən ələ keçirildi. Qələmin ixtirası keçmişdən bu günə qədər belə təmin edilmişdir.
Qələm və lələkli qələmlər tarix boyu bu cür mürəkkəbə batırılaraq istifadə edilmişdir.
Qələmin ixtirası
Qələm 1795-ci ildə icad edilmişdir. Fransız Nicholas Jacques Conte və avstriyalı Joseff Hardtmuth tərəfindən hazırlanmışdır. Qələmləri qraffiti palçıqla qarışdırıb yumşaq ağacın içərisinə yerləşdirdilər. İstənilən möhkəmliyə çatdıqdan sonra qələm hazırlamaq mümkün olub.
Silgili qələminin ixtirası
Hymen Limpman qələmin arxasına silgi yapışdırmaq ideyasını inkişaf etdirib. Beləliklə, qələmin arxasını istifadə edərək bizə lazım olan pozanı qarşılaya biləcəkdik. 30 mart 1858-ci ildə patentləşdirdi. O, patenti dörd il sonra 100 min dollara Cozef Rekkendorferə satdı. ABŞ Ali Məhkəməsi Cozef Rekkendorferin patentinin etibarsız olacağına qərar verib.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
