Bu gün:

Daim yorğun hiss etməyinizin səbəbi psixoloji ola bilər


Gündəlik həyatda tez-tez “daim yorğun və bitkin hiss edirəm, heç bir şeyə gücüm yoxdur”ifadəsini eşidirik. İşdə və ya məktəbdə mürgüləməyin, evə gedərkən divandan qalxa bilməməyin səbəbini  psixoloq Simay Yılmaz “ psixoloji yorğunluq” ola biləcəyini dedi. Simay Yılmaz bu amillərin təməlinin stres faktoru olduğunu bildirdi; stresli iş mühiti və şəxsi həyat münasibətlərindəki problemlər də psixoloji yorğunluğa səbəb ola bilər və gündəlik həyata mənfi təsir edə bilər.

Güclü enerji çatışmazlığına, letargiyaya, tükənməyə və istirahət vəziyyətinə baxmayaraq keçməyən bu vəziyyətə “psixoloji yorğunluq”deyilir. Psixoloji vəziyyətin səbəblərinə daxildir. Gündəlik stres səviyyəsi, gələcəklə bağlı narahatlıqdan asılı olaraq gərgin düşüncələr, keçmiş hadisələr haqqında təkrarlanan düşüncələr, yüksək fiziki fəaliyyət səviyyəsi və stresin yaratdığı psixoloji pozğunluqlar. 

Psixoloq Simay Yılmaz: "Uzun müddət stresli və narahat olduğumuz zaman zehni olaraq tükənmiş hiss edə bilərik. Stress və narahatlığa səbəb olan amillər davam edərsə, bu psixoloji yorğunluq vəziyyəti xroniki hala gələ bilər. Bu vəziyyət gündəlik həyatımıza və funksionallığımıza da mənfi təsir göstərir “.

Psixoloji yorğunluğun baş verməsinin dəqiq səbəbi bilinməsə də, bunun baş verməsinə səbəb olan bir sıra amillərin olduğu barədə fikirlər var. Psixoloq Yılmaz bu amillərin kökündə stres olduğunu bildirib. Simay Yılmaz : “daimi stres altında işləmək, iş yerində məşğul olmaq, iş-həyat tarazlığını tapa bilməmək və özünüzə vaxt ayıra bilməmək xroniki psixoloji yorğunluğun yaranmasına təsir edən amillərdən biridir. Deyə bilərik ki, gərgin stres və iş dövrü ilə yanaşı ailə problemləri və ya münasibət problemləri kimi fərdi problemlər də psixoloji yorğunluğa səbəb olur. Keyfiyyətli yuxu dincəlmək üçün son dərəcə vacibdir. Bu səbəbdən yuxu pozğunluğu, gecə parlaq işıqda yatmaq və kifayət qədər yata bilməmək kimi problemlər xroniki yorğunluğa səbəb ola bilər”,- deyə vurğulayıb.

Psixoloji və ya zehni yorğunluq diaqnozu qoyulmuş bir şəxs əlavə dərmanlar və ya psixoloji proseslər vasitəsilə lazımi müalicə və terapiyadan keçə bilər. Bu müddətdə hansı tətikləyici amillərin psixoloji və ya fiziki səviyyədə xroniki yorğunluğa səbəb olduğunu müəyyənləşdirmək çox vacibdir. Yılmaz, “ psixoloji yorğunluğun müalicəsi prosesi psixoloji yorğunluğun intensivliyinə, fərdi xüsusiyyətlərinə və fərdin motivasiyasına görə dəyişir. Koqnitiv davranış terapiyası psixoloji müalicə prosesində istifadə edilə bilər.Bu terapiya  mənfi hissləri və düşüncələri müsbət hisslərlə əvəz etməyi hədəfləyir.  Bu, bir insanın stresinə səbəb olan amilləri müəyyənləşdirməyə və bu streslərlə mübarizə bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir.” dedi .

Simay Yılmaz əlavə olaraq dedi: 

“Digər tərəfdən, davranış səviyyəsində bir insanın sevdikləri və onlar üçün faydalı fəaliyyətlərə müraciət etməsi, özlərinə daha çox vaxt ayırması və yorğunluğunun keçməsi üçün mütəmadi olaraq bir məşq planı həyata keçirməsi çox vacibdir.  Bundan əlavə, insanın iş həyatında kiçik, lakin təsirli dəyişikliklər etməsi, sosial münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atması və psixoloji yorğunluğun müalicəsi zamanı iş yükünü yüngülləşdirməyi planlaşdırması çox vacibdir”.

Mənbə: Cnntürk

Tərcümə etdi: Aysu Əsədova


 



 

Paylaş
Şərh əlavə et