Bu gün:

Fındığın inanılmaz faydaları


Fındığın tərkibindəki yüksək yağ və zülalın həzm sisteminə də faydası olduğunu deyən dietoloq Aslıhan Kara “Fındığın tərkibindəki yüksək lif bağırsaq sağlamlığı baxımından da faydalı rol oynayır. Tərkibində yüksək lif olduğu üçün həzm sistemini asanlaşdırır və qəbizliyin müalicəsində də istifadə olunur", - deyə qeyd edib.

Dietoloq Aslıhan Kara fındığın faydaları ilə bağlı açıqlamalar verib. Sağlam qidalanmanın əhəmiyyətindən danışan dietoloq Kara “Sağlam həyat vərdişlərini qazanmaq üçün əsas məqsədlərdən biri sağlam qidalanma vərdişlərinin mənimsənilməsidir",- deyə dietoloq bildirib. 

Fındıq B və E vitaminləri (31 mq/100 q) baxımından çox zəngindir və bəzi minerallar, fitokimyəvi maddələr üçün yaxşı bir bitki qaynağıdır. B2 və B6 vitaminləri qan artımının və psixi sağlamlıq baxımından əhəmiyyətli səviyyədə olduğu üçün bu qidadan hər gün müntəzəm olaraq istifadə edilməsi uşaqların qidalanma probleminin praktiki həlli sayıla bilər.

Fındıq tərkibindəki yağ turşuları, zülal, karbohidratlar, vitaminlər, minerallar, qida lifləri sayəsində insan qidası və sağlamlığı üçün çox əhəmiyyətli olan ət qrupu qidalarına daxil edilə bilən yağlı toxumdur. Tərkibində xolesterin yoxdur. Tərkibində antioksidan xüsusiyyətlərə malik olan E vitamini var. Fındıq, xüsusilə təbii antioksidanlar və E vitamini baxımından bitki yağlarından sonra ən yaxşı qaynaqlardan biridir.

Fındığın tərkibindəki yüksək lif bağırsaq sağlamlığı baxımından da faydalı rol oynayır. Tərkibində yüksək lif olduğu üçün həzm sistemini asanlaşdırır və qəbizliyin müalicəsində də istifadə olunur. Buna görə balanslı və sağlam qidalanma üçün hər gün birbaşa fındıq qəbulu məsləhət görülür. Bu gün məşhur olan yüksək qida dəyərinə malik təbii qidalarla zənginləşdirilmiş məhsulların hazırlanması çərçivəsində fındıqların da yer alması ilə həm qəbul miqdarının artırılmasına, həm də inkişaf etdirilən məhsulların qida tərkibinin daha zəngin və sağlam olmasına töhfə verə bilər.

Fındıq tərkibindəki doymamış yağ olduğu üçün kosmetika sənayesində də geniş istifadə olunur. Çünki fındığın tərkibindəki yağ müalicəvi xüsusiyyətlərə malikdir. Fındığın tərkibindəki fenolik birləşmələr dərinin qocalmasını ləngidir, dərini günəş şüalarından qoruyur və sızanaq kimi dəri problemlərinin müalicəsində təsirli olur. Beləliklə, fındıq yağı dərinin sağlamlığının yaxşılaşdırılmasında mühüm rol oynayır. Tərkibində dəriyə parıltı verən antioksidanlar və E vitamini də daxildir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et