
Çoxumuz gün ərzində sudan daha çox çay və ya qəhvə içirik. Çay və qəhvə su əvəzinə deyil. Suyun faydaları nələrdir? Gün ərzində nə qədər su qəbul etməliyik? Bu barədə dietoloq Rıdvan Arslan məlumat verib.
Çay və qəhvəni su ilə əvəz etmək olmaz. Həddindən artıq kofein qəbulu gələcəkdə dinclik, palpitasiya və mədə pozğunluğuna gətirib çıxara bilər. Həmçinin qəhvə və çaydan həddən artıq istifadə etmək sizi günün sonlarından susuz qoyacaq. Gündə 3-4 fincan çay və qəhvədən yuxarı getməməyə diqqət edin. İçdiyiniz qəhvə və çayın yanında 1 stəkan su qəbul etməyi unutmayın.
Gün ərzində hər kiloqrama ən azı 30 ml su içmək lazımdır.
Suyun faydası
- Qan təzyiqinin tənzimlənməsinə cavabdehdir.
- Toksik maddələrin orqanizmdən təmizlənməsində rol oynayır.
- Dərini hər zaman nəm saxlayır.
- Bədən temperaturunun saxlanmasına kömək edir.
- Süd verən analarda südün artmasına səbəb olur.
- Həzm problemləri üçün faydalıdır.
- Böyrəklərdə zəhərli maddələrin xaric edilməsi üçün kömək edir.
- Metabolizmin tezləşməsini təmin edir.
Mənbə CNNTürk
Tərcümə etdi Samirə Kərimli
