Bu gün:

Su niyə insanı rahatladır?


Su həyat mənbəyini təmsil edir.
Yaşamağımız üçün su vacibdir. O, yer səthinin 70% -dən çoxunu əhatə edir, bədənimiz demək olar ki, 70% sudan ibarətdir və su ən vacib iki orqanımızı, beyin və ürəyi  təşkil edir.


Araşdırmalar göstərir ki, bir insanın üzü su altında olduqda ürək döyüntüsünün yavaşlayır və bəzi qan damarları bir-birinə dolaşır. Qan qollardan beyinə, ürəyə və digər mərkəzi orqanlara yenidən paylanır. Hətta psixoloji araşdırmalar axar suyun səsinin zehnimizə müsbət təsir göstərə biləcəyini əsaslandırıb. Su səsləri təbii olaraq rahatlatıcıdır və bir çox insanlar illərdir ki, meditasiya təcrübələrində axar sudan istifadə edirlər. Tədqiqatçılar suyun səsinin beynimizdəki neyron dalğalarını istiqamətləndirərək sakitləşdirici təsir göstərə biləcəyinə inanırlar.


Bəs suyun səsi insanı niyə belə rahatladır?


Suyu görmək bizə sakitləşdirici təsir bağışlayır. Məsələn qayalara çırpılan okean dalğaları və ya yağış damcıları pəncərəyə yumşaq düşür.

Tədqiqatlar nəticəsində bu, beynimizin səs-küyü necə şərh etdiyindən ,səsləri və görüntüləri beynimizdə necə birləşdirdiyimizdən asılıdır. Beynimiz səs-küyü qorxulu və ya sakit şəkildə qəbul edir.
Dənizin sahilində dayanmaq , dalğaları izləmək, göldə üzmək və bu kimi  maraqlı fəaliyyətlər beyninizi daha xoşbəxt, daha az stress və daha yaradıcı edəcəkdir.


Mənbə: dergio


Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et