
Mükəmməllik çox tez-tez eşitdiyimiz bir sözdür və bir çoxumuzu narahat hiss etdirə bilər. Hər kəs qüsursuz və mükəmməl olmaq istəyər. Mükəmməllik nisbi anlayışdır və bəzən bu xəstəliyə çevrilə bilər. Unutmayaq ki, insan özünü qüsurları və doğruları ilə sevəndə mükəmmələşir. Mükəmməliyin 2 fərqli növü vardır və aşağıdakılardır:
Özünə yönəlmiş mükəmməllik
Bu mükəmməllik növü özündən ən yaxşısını gözləməkdir. Ailə və evlilik terapevti Emily Simonian deyir: "Bu tip mükəmməlliyin bəzi əlamətləri həddindən artıq yüklənmə, tükənmə və ya nailiyyətlərinin onların gözləntilərindən aşağı olduğunu düşünməkdir".
Siz əlinizdən gələni etməyə çalışdıqdan sonra özünüzü yorğun hiss edə bilərsiniz.
Terapevt Simonian deyir:
"Mükəmməlliyin bu növü sizin inkişaf artımınıza səbəb ola bilər, lakin çox vaxt özlərinə fokuslanan mükəmməllikçilər qazandığı uğurlarının özlərinə kifayət etmədiyini deyirlər. Uğurlarını qeyd etmək əvəzinə, özlərini iradəsiz və ya narazı hiss edirlər".
Necə öhdəsindən gələ bilərsiniz?
Hər şeyin artıq sizi yorduğunu hiss edirsinizsə, bir addım geri çəkilin.
Artıq özünüzə zaman ayırmalı və asudə vaxtlarınızı fəaliiyətdə olmadan keçirmək kömək edə bilər. Özünüzə şəfqət göstərməyə çalışa bilərsiniz. Terapevt Simonyan bununla bağlı təklif edir ki, söylədikləriniz sizə təsir edir. Məsələn, "Bu gün məşq etmədiyim üçün üzr istəyirəm, amma mən, ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Ona görə də bu gün məşq etməsəm yaxşıdır" deməyə cəhd edə bilərsiniz.
Başqalarına yönümlü olan mükəmməllik
Ola bilsin ki, siz məktəbdə və ya işdə bu tip mükəmməllikçiliklə qarşılaşmısınız. Terapevt Simonian bu vəziyyəti insanlardan istədiyiniz davranışları gözləmək və insanların bu gözləntilərinizi qarşılamadıqda əsəbləşmək olaraq təyin edir. Qeyri-real gözləntilər məyusluğa səbəb olur. Eyni zamanda, insanların sizin istədiyiniz kimi davranmalarını gözləmək önyarğılı olmağı yarada bilər və hər iki tərəfin münasibətlərini davam etdirməkdə çətinlik çəkməsinə, əsəbilik, narazılıq və psixoloji travmalarına səbəb ola bilər.
Necə öhdəsindən gələ bilərsiniz?
Başqalarına fokuslanan bir mükəmməllikçisinizsə və bu münasibətlərinizə təsir edirsə, daha anlayışlı olmağa çalışın. Simonian qeyd etdi ki, qarşınızdakl insana qarşı empatiya yaratmağa çalışmaq əsasdır. Məsələn, yoldaşınız hər hansı bir yerdən evə gələndə ayaqqabılarını həmişə qapıda qoyur və bu vəziyyət sizi narahat edir. Düşünün ki , partnyorunuzun yorucu bir iş günü keçirə bilər. Bu normal bir haldır.
Mükəmməl olmaq yerinə həyatdan zövq alın və anı yaşayın.
Mənbə: hayat
Tərcümə etdi: Tərlanə Abdullayeva
