Bu gün:

Çənə altındakı sızanaqların səbəbləri nələrdir?


Həyatımızın ən faciəli dönəmləri üzümüzdə sızanaqların olmasıdır.Sızanaqlar yağ vəzlərinin artması, dəridə ölü hüceyrələrin qalması, məsamalərin tıxanması ilə meydana gələn dəri xəstəliyidir.

Üzün müxtəlif bölgələrində sızanağın yaranmasının səbəbi vardır. Çənə altındakı sızanaqların yaranmasının səbəbləri bunlardır:


Çənə altındakı sızanaqların səbəbləri arasında ən önəmli faktor hormonal dəyişikliklərdir. Bundan əlavə, stress və tez-tez makyaj ləvazimatlardan istifadə etmək sızanaqların yaranmasına səbəb olur. Bunlardan başqa çənə altında sızanaq əmələgəlmələrinə aşağıdakı səbəblərdən də rast gəlinə bilər :


* Yetkinlik dövründə hormonal dəyişikliklər

* Daha çox qidalanmaq 

* Hava çirkliliyi, depressiya və stress

* İstifadə olunan kosmetik dərmanların yan təsirləri

* Süd məhsulları və şəkərin həddindən artıq qəbulu


Bunların xaricində təraş çənə altında sızanaqlara səbəb olan şərtlər arasındadır . Təraşdan sonra dərinin qıcıqlanması səbəbindən sızanaqlar yarana bilər.


Çənə altındakı sızanaqlar necə gedir?


Çənə altındakı sızanaqların səbəblərinə görə müalicə üsulları vardır. Müalicə üçün bir dermatoloqdan dəstək almaq lazımdır. Bundan əlavə, istifadə edilə bilən bəzi təbii üsullar var. Bunlardan birincisi aspirindir. Tərkibində dəridə iltihabı azaltmağa kömək edən salisilik turşusu var. Bu turşu sızanaqları qurudur. Çay ağacı yağı çənə altındakı sızanaqları müalicə etmək üçün də istifadə edilə bilər. Onun antiseptik xüsusiyyəti dərinin məsamələrini dezinfeksiya edir. Diş pastası başqa təbii üsuldur. Yatmazdan əvvəl sızanaq olan nahiyəyə ağ diş pastası çəkin. Çənə altındakı sızanaqlara sarımsaq, aloevera geli, buz , zərdəçal və yaşıl çay kimi təbii məhlsullarda kömək edilə bilər. Bu təbii məhsulların ümumiyyətlə heç bir yan təsiri yoxdur. 


Mənbə: ankaralazer.com


Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et