Bu gün:

Bitki mənşəli diş pastası necə hazırlanır?


Dünyanın ən təbii diş pastasını axtarırsınız? Təəssüf ki, marketlərdə satılan diş məcunları kifayət qədər təbii deyil və bazarda satılan diş pastalarında çoxlu zərərli kimyəvi maddələr var. Əslində, bəzi diş pastaları yuyucu vasitələrdən çox da fərqlənmir. Bu vəziyyətdə evdə hazırlanan diş pastaları ağız sağlamlığı üçün ən faydalısıdır.


Evdə diş pastası hazırlamaq: təbii və sağlam resept

Təbii hindistan cevizi yağı diş pastası:


  • 4 xörək qaşığı  təbii kokos yağı
  • 1/2 yarım çay qaşığı kakao tozu
  •         1/2 yarım çay qaşığı  E vitamini      
  •         1-1/2 yarım çay qaşığı zəncəfil  
  •         1/2 yarım çay qaşığı darçın
  •         4 xörək qaşığı süzülmüş və ya distillə edilmiş su
  •         1/2 yarım çay qaşığı çörək soda

Hazırlanması:

  •         Kokos yağını əriyənə qədər aşağı istilikdə qızdırın (1-2 dəqiqə).
  •         Zəncəfil, çörək soda, darçın və kakao əlavə edin.
  •         Bütün tozlar həll olunana qədər qarışdırın (10-15 saniyə).
  •         Tozların tam həll olunması üçün 1-2 dəqiqə gözləyin.
  •         1 xörək qaşığı kokos yağı töküb 10-15 dəqiqə qarışdırın.
  •         Bütün tozların qarışdığına əmin olmalısınız.
  •         Sonra qalan kokos yağı və E vitamini əlavə edin.
  •         Qarışığı 10-15 saniyə qarışdırın. Qarışıq axıcı olacaq.
  •         Mikserdən istifadə edirsinizsə,  yavaş-yavaş suyu əlavə edin.
  •         Məhlulu ən azı 30 saniyə qarışdırın və məhlul tam hazır olandan sonra bir qaba tökün.

Xəbərdarlıq: Diş pastasın istifadə etmək üçün soyuducuda qoyun və otaq temperaturunda saxlayın. Gündə iki dəfə bir çay qaşığı məcun ilə dişlərinizi fırçalayın.


Mənbə: Nefesyemektarifleri

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et