Bu gün:

Payızda saç tökülməsinin qarşısını almağın yolları


Yayda günəş şüalarına, duzlu və ya xlorlu suya məruz qalan saçlarınız zəiflədiyi üçün daha çox tökülə bilər. Bəs payızda tökülən saçlara necə qulluq etməliyik?

Sağlam yemək
Pəhriziniz saçınızın sağlamlığına yüksək təsir göstərir. Avokado, badam, hindistan cevizi yağı, qızılbalıq və çia toxumu kimi yağ turşuları ilə zəngin qidaların əlavə edilməsi sağlam saçları dəstəkləməyə kömək edə bilər.

Digər tərəfdən, saç tökülməsinin qarşısını almaq üçün kifayət qədər protein qəbul etməlisiniz.

Saç qulluğunu dayandırmayın
Quru saçlarınız varsa həftədə 2-3 dəfə, yağlı saçlarınız varsa hər gün yuya bilərsiniz.

İsti fenlərdən  uzaqlaşın

Mövsümi saç tökülməsinin təsirini azaltmaq üçün saçınızı daha az fenlərlə formaya salmağa çalışın. Çünki istilik zədələnmiş saçlara çox zərər verə bilər.

Daimi saç kəsimi
Saçlarınızı mütəmadi olaraq kəsdirməklə, saçlarınızın qırıq uclarından qurtula və daha sağlam edə bilərsiniz.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et