Bu gün:

Həddindən artıq düşünməkdən uzaq olun


Həddindən artıq düşünməyi dayandırmaq üçün nə etmək lazımdır? Qorxularınızı qəbul edin, uğurlarınızı qeyd edin və böyük mənzərəyə baxın.

Diqqətinizi yayındıracaq bir şey tapın

Bu üsul xoşunuza gələn bir fəaliyyətdə itib-batmaqdır. Beləliklə, həddindən artıq düşünməyi dayandırmaq avtomatik olaraq mümkündür. Məsələn, yeni bir resept sınaqdan keçirə, fərq qoymadan nəsə rəngləyə və ya bitkilərinizə qulluq edə bilərsiniz.

Dərindən nəfəs alın

Nəfəs almaqla bağlı məsləhətləri yüz dəfə eşitmisiniz. Diqqətinizi nəfəsinizə yönəltmək və nəfəs məşqləri etmək olduqca faydalıdır. Düşüncəyə daldığınız zaman edəcəyiniz ən asan və praktik işlərdən biri diqqətinizi burnunuzun ucuna yönəltməkdir. Ağzınız açıqdırsa, yavaş-yavaş bağlayın, dişlərinizi sıxmayın, burnunuza daxil olan və çıxan havanı izləyin. Hətta bu sizin istirahətiniz üçün yaxşı başlanğıcdır.

Böyük şəklə baxın

Beyninizdə fırlanan bütün məsələlər 5-10 ildən sonra sizə necə təsir edəcək? Daim haqqında düşündüyünüz şeylər kimin üçün vacibdir? Bu sizə necə təsir edir? Bəli, təfərrüatlar bəzən çox vacibdir, amma düşündüyünüz şeyin nəticə vermədiyini görsəniz, orada dayanın. Həddindən artıq düşünmək burulğanına düşə bilərsiniz.

Başqası üçün yaxşı bir şey edin

Siz zehni olaraq həddindən artıq yüklənmiş ola bilərsiniz. Bəlkə də fiziki yükünüzə görə zehniniz qarışıqdır. Yəqin ki, “dırnaq dırnaq çıxarar” deyimini eşitmisiniz. Özünüz üçün düşündüyünüz məsələlərdənsə, bir gün başqasının yükünü yüngülləşdirəcək yardım məsələsi ilə məşğul olun. Başqasının sıxıntısı haqqında düşünmək, öz işinizi perspektivə çevirməyə kömək edə bilər. Çətin vaxt keçirən birinə necə kömək edə biləcəyinizi düşünün. Boşanma prosesində olan dostunuzun bir neçə saatlıq uşaq baxımına ehtiyacı varmı? Xəstə qonşunuz üçün bazara gedə bilərsinizmi? Kiminsə gününü daha yaxşı etmək qüdrətinə sahib olduğunuzu başa düşmək sizi mənfi düşüncələrdən xilas edəcək. 

Avtomatlaşdırılmış düşüncələri tanıyın

Çox vaxt qorxu və qəzəb kimi duyğular avtomatik hal aldıqda, siz onlara fikir vermədən həyatınızı idarə etməyə başlaya bilərlər. İçində olduğunuz vəziyyətə real baxmaq üçün reaksiyanız üzərində işləmək çox faydalıdır. Bir hadisəyə fokuslanmaq və reaksiyanızı qiymətləndirmək təbii olaraq sizi yavaşlatır. Bir addım geri çəkilib reaksiyanıza baxdığınız zaman reaksiyanızı izləyən fikirlərin qarşısına sədd qoyursunuz. Beləliklə, zehniniz daha sakitləşir və hadisələri sakit şəkildə dəyərləndirə bilirsiniz.

Nailiyyətlərinizi qeyd edin

Həddindən artıq fikirləşdiyiniz zaman dayanın və qeydlər aparmağa başlayın. Beləliklə, nəyi qeyd edəcəksiniz? Nə qədər əhəmiyyətsiz səslənsə də, əvvəlki həftə baş verən beş hadisəni və bu hadisələrdəki rolunuzu yazın. Bunların böyük uğurlardan ibarət olması lazım deyil. Ola bilsin ki, bu həftə alış-veriş etmisiniz və ya avtomobilinizi özünüz yunusunuz. Kağızda  baxdığınız zaman bu xırda şeylərin necə birləşdiyinə təəccüblənə bilərsiniz. 

Qorxularınızı qucaqlayın

Bəzi şeylər həmişə nəzarətinizdən kənarda olacaq. Bunu qəbul etməyi öyrənmək, həddindən artıq düşünməyi cilovlamaq üçün uzun bir yol keçə bilərsiniz. Əlbəttə ki, bunu söyləmək etməkdən daha asandır və bu bir gecədə baş verməyəcək. Xəyal etdiyiniz tək səyahətə bir günlük gedin. İstirahət edin. Qorxularınızla üzləşin. Qazandığınız şey itirməkdən qorxduğunuzdan daha böyük ola bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş