
Sudan zəhərlənmənin səbəbi nədir? Su zəhərlənməsi həddindən artıq su içmək nəticəsində yaranan bir vəziyyətdir.
Su sərxoşluğu eşitdiyiniz, lakin bəlkə də həyatınız boyu yaşamadığınız bir vəziyyətdir. Sudan zəhərlənmə ilə bağlı bizi maraqlandıran suallara aşağıdakı suallarda cavab verilir:
Su zəhərlənməsi nədir?
Çox su içmək nəticəsində beyin fəaliyyətinin pisləşməsinə “su intoksikasiyası” deyilir. Bu, qanda suyun miqdarını artırarkən elektrolitlərin və natriumun azalmasına səbəb ola bilər. Həddindən artıq su içmək səbəbindən natrium səviyyəsi aşağı düşür. Mayelər xaricdən hüceyrələrə hərəkət edərək onların şişməsinə səbəb olur. Bu insanın beyin hüceyrələrində baş verdikdə həyati təhlükəsi olan bir vəziyyətə səbəb ola bilər.
Su zəhərlənməsinin ilk əlamətləri
İnsan həddindən artıq miqdarda su qəbul etdikdə və beynindəki hüceyrələr şişməyə başladıqda kəllə daxilində təzyiq artır. Bəzi simptomlar ortaya çıxır:
• Baş ağrısı
• Bulantı
• Qusma
Su intoksikasiyasının ciddi simptomları
• Əzələ zəifliyi və ya kramplar
• Artan qan təzyiqi
• İkiqat görmə
• Şüurun bulanması
• Sensor məlumatı müəyyən edə bilməmək
• Nəfəs almada çətinlik
Beyində maye toplanmasına beyin ödəmi deyilir. Serebral ödəm beyin sapına və mərkəzi sinir sisteminə təsir edə bilər. Çoxlu su içmək ataklara, beyin zədələnməsinə, komaya və hətta ölümə səbəb ola bilər.
Su zəhərlənməsi ən çox kimlərə təsir edir?
Su sərxoşluğu ən çox idman yarışlarında, dözümlülük məşqlərində iştirak edən insanlara və psixi sağlamlıq problemləri olan insanlara təsir göstərir.
Bədənimiz üçün nə qədər su "çox" sayılır?
Suyun miqdarı su zəhərlənməsinin yeganə amili hesab edilmir. Lakin nə qədər içdiyiniz çox mühüm rol oynayır. 2013-cü ildə aparılan bir araşdırmada ifadə edilən rəqəmlərə görə, böyrəklər gündə təxminən 20-28 litr su çıxara bilir, ancaq saatda 0,8-1 litrdən çox su çıxarmaqda problem yaşayırlar. Bu səbəblə ən əhəmiyyətli şərt böyrəkləri çıxara bildiklərindən çox su içərək geridə buraxmamaqdır. Tədqiqatın müəllifləri qeyd edirlər ki, insan qısa müddət ərzində 3-4 litr su içərsə, hiponatremi simptomları yarana bilər, lakin onlar konkret vaxt təxmini verə bilmirlər.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
