
Konjac süngəri qələvi ilə zəngin olan konjac bitkisindən əldə edilir. Bu süngərlər son dövrlərin ən məşhur dəriyə qulluq vasitəsinə çevrilib.
Heç konjac süngəri haqqında eşitmisiniz? Getdikcə populyarlaşan konjac süngəri dərini təbii şəkildə təmizləməyə, aşındırmağa və qidalandırmağa kömək edir.
Konjac süngəri nədir?
Ola bilər ki, bu kiçik rəngli yuvarlaq süngərləri görmüsünüz, lakin onların nə işə yaradığını bilməmisiniz. Konjac süngərləri Asiya konjacından hazırlanır. Asiyada konjak kökü 2000 ildən çoxdur istifadə olunur. Təxminən 100 ildir ki, bu bölgədə məşhur bir məhsuldur. Əslində, bu süngərlə edəcəyiniz proses olduqca sadədir. Konjac tozu kalsium hidroksid ilə qarışdırılır, qızdırılır, dondurulur və sonra qurudulur.
Konjac süngərinin faydaları nələrdir?
Konjac süngəri qan dövranını artırmaq, dərini aşındırmaq və məsamələri təmizləmək qabiliyyətinə görə bədən skrabları ilə istifadə olunur. Bu onun təsir gücünü artırər. O eni zamanda sızanaqlar, qara nöqtələr və ekzema üçün də faydalıdır. Konjac dərini təbii olaraq A, B, C, D və E vitaminləri, zülallar, lipidlər, yağ turşuları, mis, sink, dəmir və maqneziumla qidalandırır. Ətraf mühitə zərər verən digər məhsullardan fərqli olaraq, konjac tamamilə təbiidir, zəhərsizdir və bioloji parçalana bilir. Konjac süngərinin ən yaxşı xüsusiyyəti odur ki, onu yalnız su ilə istifadə edən zaman da müsbət təsirləri görmək olar. Araşdırmalar göstərir ki, konjac hətta sızanaq əmələ gətirən bakteriyaları da məhv edir.

Süngərin hansı rəngini seçməlisiniz?
Konjac süngərlərinin fərqli rəng olduğunu görə bilərsiniz. Lakin bu, yalnız nümayiş üçün deyil.
•Tünd boz konjac süngərlərində könür olduğu üçün sızanaqlara meylli dərilərə faydalıdır.
•Qırmızı və ya çəhrayı konjac süngərlərinin tərkibində fransız fili var. O həssas və quru dərilər üçün uyğundur.
•Yaşıl süngərlər yaşıl gil tərkiblidir və yağ udma xüsusiyyətinə malikdir.
Rəngli konjak süngərlərində hər hansı süni rəng və ya digər arzuolunmaz inqrediyentlərin olub olmadığını öyrənmək üçün həmişə istehsalçı ilə dəqiqləşdirin. Hətta sadə ağ konjac süngərləri də dəri sağlamlığını yaxşılaşdırmaq üçün faydalıdır.
Konjac süngərinin toxuması nədir?
Konjac süngərləri əl bezlərindən daha nazikdir. O bir çox üz skrablarından daha yumşaqdır. Süngərin səthində çox sürüşkən selikli, lakin yaxşı hiss edilən su maneəsi var. Onun toxuması tipik ağ makiyaj süngərlərinə bir qədər bənzəyir.
Konjac süngərindən necə istifadə etmək olar?
1. Konjac süngərini ilk dəfə aldığınız zaman onun kiçik və kifayət qədər sərt olduğunu görəcəksiniz. İlk istifadədəb əvvəl süngəri 15 dəqiqə isti suda isladın.
2. Konjac süngərini ovuclarınızın arasına basaraq artıq suyu yumşaq bir şəkildə sıxın. Siz az miqdarda üz təmizləyicisi əlavə edə və ya sadəcə süngərdən istifadə edə bilərsiniz.
3. Konjac süngərini yuxarıya doğru dairəvi hərəkətlərlə üzünüzə sürtün. Quru və ya qara nöqtələrə meylli sahələrə diqqət yetirin. O yumşaq bir aşındırıcıdır. Bu süngərlər kir, günəş kremi və hətta makiyajı təmizləyir.
4. Konjak süngərini soyuq su ilə yaxşıca yuyun və süngəri ovuclarınız arasında sıxaraq artıq suyu yumşaq bir şəkildə sıxın. .
5. Qurutmaq üçün asın və ya hava axınına icazə vermək üçün stend üzərinə qoyun. Alternativ olaraq, süngəri soyuducuda möhürlənmiş bir qabda saxlaya bilərsiniz. Süngəri şıqdan və nəmdən uzaq tutduğunuzdan əmin olun.
Konjac süngəri necə təmizlənməlidir?
Hər 2 həftədən bir konjac süngərinizi dezinfeksiya etmək üçün təxminən 5 dəqiqə çox isti (lakin qaynar olmayan) suya qoyun. 4 - 6 həftədən sonra süngəri atın və yenisini alın. Süngər artıq düzgün çökməyə başlayanda, onu dəyişdirmək lazımdır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
