Bu gün:

2023 payız və qış rəngləri


Bu ilin payız və qış mövsümün ən dəbli rənglərini öyrənmək istərdinizmi?

Avqustun son günlərini yaşayırıq. Bu vaxtlarda mağazalarda payız/qış mövsümünün hakimliyini hiss edirik. Bu mövsüm üçün  5 rəng dəbdədir.

1. Gümüş

Ayaqqabı və çantalarda çox istifadə etdiyimiz gümüşü rəngi geyimlərdə görəcəyimizi deyə bilərik. Lüks markaların yaradıcılığında qarşılaşdığımız gümüş rəngə bəzən bütün paltar üçün üstünlük verilir, bəzən də kombinasiyalarda bir parçanı vurğulamaq üçün istifadə olunur.

2. Sürməyi (qara və göy arasında rəng)

Sürməyi rəng bir çox rənglərə uyğunlaşma qabiliyyəti ilə seçilən bir rəngdir. Bu səbəblə qara və yay rəngləri kimi bir çox rənglərlə birlikdə istifadə edilə bilər. Ən çox sarı, yaşıl, çəhrayı və torpaq tonlarını sürməyi rəngə aid edirik. Düşünürük ki, mövsüm, xüsusilə, paltolarında bu rəngə şans verməlisiniz.

3. Bənövşəyi

Bənövşəyi uzun müddət barbi çəhrayısından yorulanlar üçün yeni bir alternativdir. Payız-qışda tez-tez istifadə etdiyimiz boz rəngi müşayiət edə biləcək ən enerjili rənglərdən biri bənövşəyi olmalıdır. Gündəlik həyatda geyinəcəyiniz parçaları seçərkən buraya bənövşəyi bir parça əlavə etməlisiniz.

4. Nil yaşılı

Yaşılın ən şirin çalarlarından biri olan nil yaşılını gələn mövsüm bir çox geyim markalarında görmək bizi çox həyəcanlandırır. Əminik ki, o, öz canlı enerjisi ilə payız/qış mövsümünün adi ab-havasına yeni hava gətirəcək. 

5. Kokos südü

Pantone 2023 Payız/Qış rənglərindən biri olan kokos südü saf ağ olmasa da, qırıq rəngi ilə paltarlara çox xoş bir atmosfer qatacaq. Açıq rəngli kombinasiyalar etdiyiniz günlərdə bu rəng bir çox rənglərə uyğunlaşa biləcək.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş