Bu gün:

ALS xəstəliyi


ALS nadir ciddi xəstəlikdir. Türkiyədə 8000-ə yaxın ALS xəstəsi var. Müalicə prosesində xəstəliyin erkən diaqnozu böyük əhəmiyyət kəsb edir. Müalicə nə qədər tez başlasa, xəstənin ömrü bir o qədər uzun olar.

Məşhur fizik Stephen Hawking'in xəstəliyi kimi tanınır. Dünyada hər il orta hesabla 120.000 insana bu xəstəlik diaqnozu qoyulur. Nadir xəstəliklər sinfinə aiddir. Nə qədər tez diaqnoz qoyulsa, xəstənin ömrü bir o qədər uzun olar. Biz amiotrofik yanal sklerozdan və ya qısaca ALS-dən danışırıq.

ALS-nin tibbi tərifi 1800-cü illərə aiddir. İlk dəfə 1869-cu ildə fransız nevroloq Jean-Martin Charcot tərəfindən təsvir edilən bu xəstəlik, statistikaya görə, dünyada 100 mində 2 ilə 6 nisbətində görülür. Türkiyədə təxminən 8000 ALS xəstəsinin olduğu təxmin edilir.

Bəs ALS hansı xəstəlikdir? Bu nəyə səbəb olur? Xəstələri hansı müalicə prosesi gözləyir? Sağlamlıq Elmləri Universiteti Fatih Sultan Mehmet Təhsil və Araşdırma Xəstəxanası Nevroloji Klinikasının Təhsil və İnzibati Məsləhətçisi Prof. Dr.Eren Gözke ALS ilə bağlı maraq doğuranları TRT Haberə danışıb.

Simptomlar fərqlidir

"ALS mərkəzi sinir sisteminin degenerativ xəstəliyidir",- deyən Prof. Dr. Gözke davam edib:

“Bizim beyində, beyin sapında və onurğa beynində yerləşən motor neyronlarımız var. Xəstəlik birinci və ikinci motor neyronları və ya yuxarı və aşağı motor neyronları adlanan bu neyronlarda inkişaf edir. Fərqli xəstələrdə neyronun müxtəlif ölçülərdə təsirlənməsi nəticəsində əzələ zəifliyi, əzələlərin incəlməsi və atrofiya (müxtəlif səbəblərə görə normal ölçüdə olan orqanın kiçilməsi) tapıntıları ortaya çıxır”.

Xəstəliyin simptomları hansı bölgənin neyronlarının təsirləndiyinə görə fərqlənir. Prof. Dr. Gözke bunu misallarla izah edib:

Məsələn, udmağımıza imkan verən bölgələrdəki motor neyronları təsirlənərsə, udma çətinliyi, danışıqda çətinlik, sözləri başa düşə bilməmə, lil və dil hərəkətlərində çətinlik kimi əlamətlər başlaya bilər.  Bəzən yalnız qollarda və ya ayaqlarda baş verə bilər.  Bədənin sol və ya sağ yarısında görünə bilər, sonra digər tərəfə təsir edə bilər”.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et