Siçanlar yeni eksperimental dərmanla müalicə olunduqda çəki artımı baş verməyib və qaraciyərləri olduğu kim qalıb.

Kiçik molekullu dərman San Antoniodakı Texas Sağlamlıq Elmləri Mərkəzinin (UT Health San Antonio) rəhbərlik etdiyi bir qrup tərəfindən hazırlanıb.
Kimyəvi abreviaturası CPACC ilə tanınan bu sistem hüceyrənin enerji istehsal etmək və kalori yandırmaqdan məsul olan hissələri olan mitoxondriyaya maqneziumun daxil olmasını məhdudlaşdırmaqla işləyir.
Tədqiqatçılar yeni dərmanı Mrs2 adlı maqnezium daşıyıcı zülalını kodlayan xüsusi genin silinməsinin təsirini öyrənərkən kəşf ediblər.
Bu zülal maqneziumun mitoxondrial membrandan daşınması üçün bir kanal kimi çıxış edir.
MRS2-nin silinməsi siçanların 14 həftəlikdən başlayaraq bir ilədək (siçanın həyatında uzun müddət) lazımsız qidaları qəbul etmələrinə baxmayaraq, onların mitoxondrilərində şəkər və yağ metabolizmasını yaxşılaşdıraraq daha sağlam olmağa imkan verib.
Təbii ki, siçanlarda əldə edilən nəticələr insanlara aid olmaya bilər və tədqiqat müəllifləri bunun bəzi məhdudiyyətlərə malik olduğunu qeyd edirlər.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
