Bu gün:

Uşaqlarda və yaşlılarda gün vurma riskinin artması


Daxili Xəstəliklər və Nefrologiya Mütəxəssisi Prof. Dr. Siren Sezer, isti və rütubətli havaya məruz qalmanın, qeyri-kafi maye, spirt qəbulunun, isti mühitdə uzun müddətli və sıx idmanın istilik vurmasını artırdığını, su istifadəsinin mineral itkisini tarazlaşdırmaq üçün içkilərlə tamamlanması lazım olduğunu ifadə edib.

Prof. Dr. Sezer, istilik vurmasının yüksək hərarət, baş ağrısı və tər miqdarının azalması kimi simptomlar göstərdiyini izah edib.

Uşaq, yaşlı, əsgər və idmançı kimi günəş altında idman edən gənclərdə istilik vurmasının daha çox rast gəlindiyini vurğulayan Sezer, “İsti və rütubətli hava şəraitinə məruz qalma, qeyri-kafi maye qəbulu, spirt qəbulu və uzunmüddətli və sıx idmanla məşğul olmaq isti mühitdə istilik vurmasını artıran amillərdir",- deyib.

Dərman istifadəçiləri diqqətli olmalıdırlar

Sezer bildirib ki, rütubət 60 faizdən yuxarı olanda orqanizmin özünü soyutma qabiliyyəti azalır və isti vurma ehtimalı artır.

Kiçik uşaqlarda, 65 yaşdan yuxarı şəxslərdə, xroniki xəstəlikləri olanlarda, ürək, böyrək, şəkərli diabet, artıq çəkidən əziyyət çəkən insanlarda isti vurma riski daha da artır. Diuretiklər, pəhriz dərmanları, nevroloji dərmanlar, yuxu həbləri və sakitləşdiri dərmanları istifadə edənlər, xüsusilə, diqqətli olmalıdır: "Yaşlıların susuzluq mərkəzi xəbərdarlığı gec gələ bilər və onlar susadıqlarını dərk edə bilməzlər. Ona görə də yaşlı qohumlarımızın nə qədər su içdiyinə nəzarət etmək lazımdır".

Yüksək hərarətə məruz qalma vəziyyətində tərlə birlikdə təkcə su deyil, duz və kalium itkisinin də görüldüyünü xəbərdar edən Sezer, mineral itkisini tarazlaşdıracaq içkilərlə su istifadəsinin dəstəklənməsi gərəkdiyini, soda, duzlu ayran və soyuq bitki çayları istifadə edilməsini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et