
Narahatlıq sallanan kresloya bənzəyir, sizi məşğul edir, amma heç yerə aparmır. Daim həyatınızda nəyin səhv getdiyini düşünürsünüzsə, yaxşı olmaq üçün seçimlər sizin əlinizdədir. Siz dəyişə bilərsiniz. Düşüncələr çox güclüdür və onları, həqiqətən, dəyişdirmək istəyirsinizsə, bütün həyatınızı dəyişə bilərsiniz. Yeni gününüzü başqalarından daha yaxşı etmək üçün düşüncə tərzinizdə kiçik dəyişikliklər edin. Başlamaq üçün bəzi təkliflər bunlardır:
1. Dostunuzla çox danışdığınız kimi özünüzlə də danışın
Əgər özünüzü pis hiss edirsinizsə, nə düşündüyünüzü özünüzdən soruşa bilərsiniz. Yəqin ki, müsbət bir şey yoxdur. Daxili dialoqa diqqət yetirin. Ən yaxın dostunuzla danışdığınız kimi özünüzlə danışırsınız? Cavabınız "yox"dursa, onu dəyişdirməlisiniz. Daxilinizdə deyilənlər kənarda baş verənlərə əks etdirir. Əgər dialoq müsbət sözlərdən ibarətdirsə, özünüzlə danışmağa davam edin. Müsbət dialoq təsəlli verir və gücləndirir.
2. Mənfi düşüncələrinizdən qurtulmağa və onları müsbət fikirlərlə əvəz etməyə çalışın
Əgər daxili dialoqunuzun müsbət olmadığını görürsünüzsə, “növbəti” deyərək bu mənfi düşüncələrdən qurtulmağa çalışın və bunun əvəzinə, müsbət fikirlər düşünün. Bəzən beyninizdə birdən-birə görünə biləcək pis fikirlər ola bilər, amma onlardan qurtulmaq sizin əlinizdədir və unutmayın ki, pis əhval-ruhiyyədə olduqda yanlış qərarlar verə bilərsiniz.
3. Nailiyyətlərin siyahısını tərtib edin
Keçmiş nailiyyətlərinizin siyahısını tərtib edin. Böyük və kiçik hamısını sadalayın. Bitirdikdən sonra yenidən oxuyun. Bəzən keçmişə qayıdıb qələbələrinizə baxmaq yaxşıdır. Bu sizə normal olaraq nə qədər uğurlu və güclü olduğunuzu xatırladacaq, sizi qayğılarınızdan uzaqlaşdıracaq və yeni nailiyyətlərə yaxınlaşdıracaq.
4. Həyatınızdakı istədiyiniz şeylərin siyahısını tərtib edin
Həyatınızdakı gözəllikləri görməyi bacarırsınız? Axırıncı dəfə nə vaxt bunlardan birini gördünüz və xoşbəxt olmusunuz? Bunun böyük bir şey olması lazım deyil, xoşbəxtliyiniz davam etməsi üçün kiçik şeylərdən başlayın.
5. Özünüz haqqında müsbət ifadələr işlədin və güzgü texnikasından istifadə edin
Bu sizi güldürə bilər, lakin istifadə etdiyiniz müsbət ifadələr sizə uzunmüddətli dəstək verir. Qələm, kağız götürün və yazmağa başlayın:
Mən güclüyəm. Mən ağıllıyam. Mən özümdən əminəm. Verdiyim qərarlar mənim doğru seçimlər etməyimə kömək edir.
Mənbə: hayat
Tərcümə etdi: Tərlanə Abdullayeva
