Bu gün:

Valideyn olmaq


İndiki vaxtda ata olmaq asan deyil. Bəziləri karyerasına daha tez çatmağı hədəfləyir və ailə sahibi olmaqdan çəkinir. Çünki valideyn olmaqla yanaşı,  ailə sahibi olmaq mürəkkəb və məsuliyyətli işdir.

Qadınlar da bu barədə eyni fikirdədirlərmi?

Qadınlarda vəziyyət bir qədər fərqlidir. Qadınlardan tez-tez eşidilən bir ifadə budur ki, onlar ana olmaq istəyirlər. Daxildən gələn səslər qadının duyğularıdır. Əslində, zamansız olan şeylər də bəzən fərqli hiss elətdirir. Əgər insan ata olmağa hazır deyilsə, o insanı narahatlıq  və natamamlıq hissi bürüyəcək. Həm həyatını, planlarını tam reallaşdıra bilməmək, həm də tam ata ola bilməmək…

Əskiklik hissləri də zamanla günahkarlıq və ya qəzəb hisslərinə çevrilə bilər. Bunun uşaq üçün iki nəticəsi ola bilər: Bəzən uşaqlar bunu normal qəbul edir və həyatlarını yaşayırlar. Başqa uşaqlar isə bunu “mən sevilməmişəm” hissi ilə eyniləşdirirlər.


Hansı yaş qrupu ata olmaq üçün idealdır?


20-35 yaş qrupunda

Bu yaşda oğlanlar, adətən, hədəflərin arxasınca qaçırlar. Onlar karyerada yüksək nöqtələrə çatmağa, avtomobil sahibi olmağa, güc əldə etməyə çalışırlar. Əgər uşaq sahibi olmaq bu məqsədlər arasındadırsa, bu yaşları uşaq sahibi olmaq üçün əlverişli yaşlar hesab etmək olar.


35-40 yaş qrupunda

Həyatda sabitlik qazanır. Kişi artıq məqsədlərinin əksəriyyətinə nail olur.

Bu yaş dövründə pul, güc və başqa şeylər tam olsada, sevgi əskik ola bilər. Əgər belə bir çatışmazlıq varsa və uşaq bu əskikliyi aradan qaldıracaqsa, bu yaş uşaq sahibi olmaq üçün ideal ola bilər.


40-45 yaş qrupunda

Bu müddət ərzində "Aman Allahım, mən nə etdim?" və ya “Vay, gənclik qatarı getdi!” narahatlığın yaşandığı yaş dövrünü təşkil edir. Bu yaş qrupunda kişilər həyatdakı problemlərdən qaçaraq yaşaya bilməyəcəklərini düşünməyə başlayırlar.

Mənbə: hayat 

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et