Bu gün:

Terapiya haqqında bilinən doğru yanlışlar


Terapiya psixi problemləri olan hər kəs üçün çox faydalı bir üsuldur. Lakin ictimaiyyət arasında dolaşan bir sıra yanlş fikirlər və istiqamətləndirmələr bizi bu faydalı üsuldan yayındırır. Bir insanın terapiyaya ehtiyacı olduqda bu ehtiyacı özünə ifadə etmək çətin ola bilər. Bu da azmış kimi ailəsi, dostları, ətrafındakılar və hətta yaxınlığı olmayan insanlar da bu mövzu ilə bağlı davamlı gərəksiz fikirlər deyirlər…


1. “Hara getməyinizdən asılı olmayaraq, hər terapiya eynidir”.

İlk və ya iki seans oxşar ola bilər, çünki burada insan özü ilə bağlı narahatlıqlarını bölüşməyə və həll etməyə çalışır. Bundan əlavə, terapiya tamamilə terapevtdən asılıdır. İki terapevt eyni müəssisəni bitirsə belə, eyni məsələlərə fərqli yanaşmaları ola bilər. Bunlarla yanaşı, terapiya alacaq insanın yaşı, şüur və inkişafı baxımından terapiyanın fərqli istiqaməti olacaq.


2. “Oturub danışmaqla mənim problemlərim necə həll olacaq”.

Bəzən danışmaq problemləri həll etmir. Terapevtlər dil sənətində təhsil alırlar və məqsədlərinizi nəzərə alaraq narahatlıqlarınız haqqında məqsədyönlü söhbətlər aparacaqlar. Əgər siz terapiyadasınızsa və sizə elə gəlirsə ki, sadəcə danışırsınız, bu o deməkdir ki, artıq özünüzü güvəndə hiss edirsiniz.

Söhbət daha anlaşıqlı gedirsə, terapevt sizinlə gözəl bir müalicə bağı qurmuşdur. Bununla belə, sanki dostunuzla danışırmış kimi söhbət davam edirsə və siz artıq inkişaf etmədiyinizi hiss edirsinizsə, o zaman seçdiyiniz şəxs sizə lazımi şəkildə kömək edə bilməyəcək.


3. Dəlilər terapiyaya gedər”

Bu, terapiya haqqında ən narahatedici, lakin ümumi yanlış fikirdir. Terapiya ilə bağlı bu görüntü kifayət qədər təhrif olunub. Sağlamlığımıza diqqət yetirməyimiz və müalicəyə ehtiyacımız olması bizim dəli olduğumuz demək deyil.

Əksinə, həyatımızda bir problemin olduğunu qəbul etdiyimiz və kömək istəmək üçün kifayət qədər cəsarətli olduğumuzu göstərir. Normal yaşayan, işləyən və ailəsi olan insanların da terapiyaya ehtiyacı ola bilər. Bu ayrı-seçkilik yanaşması doğru deyil.



4. “Bütün terapevtlər ancaq bunu et, bunu et, bunu et deyirlər”.

Yaxşı bir terapevt tez-tez məsləhət verməkdən çəkinər, çünki onların həqiqətən etmək istədikləri sizin sərbəst qərar vermənizi gücləndirməkdir. Bacarıqlı bir terapevt sizə öz qərarlarınızı verməyə kömək etməyə çalışacaq ki, problemlərinizi idarə etmək üçün onun deyil, öz ideyalarınızdan istifadə edəsiniz. 


Mənbə: hayat

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et