Bu gün:

Su içməkdə çətinlik çəkirsinizsə, bunlara diqqət yetirin


Xüsusilə, temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya ehtiyacımız var.  Ancaq, su içməyi sevmirsinizsə və buna görə də kifayət qədər qəbul etmirsinizsə, sağlamlığınız üçün Qidalanma və Pəhriz Mütəxəssisi Derya Erenin tövsiyələri sizə faydalı olacaq.

Sağlam bir həyat sürmək üçün gündəlik kifayət qədər su qəbul etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.  “Susuzluq hiss etmədən əvvəl hər zaman su içmək  lazımdır”,- xəbərdarlığını edən Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren suyun faydaları, bədənin susuzluq siqnalları, gün ərzində su içməyi asanlaşdırmağın yolları, istifadə edilməli olan su miqdarından tutmuş bir çox vacib məqamlara toxunub. 

 Kifayət qədər su içməyin faydalarını aşağıdakı kimi sıralamaq olar:

  1. Bədənimizi toksinlərdən təmizləyir;
  2. Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir;
  3. Arıqlamağa kömək edir;
  4. Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir;
  5. Dərini nəmləndirir və qırışların qarşısını alır;
  6. Həzm sisteminin nizamlı işləməsinə kömək edir;
  7. Bədən istiliyini tənzimləyir;
  8. Oynaq ağrılarını azaldır;
  9. İdmançılarda performansı artırır;
  10. Stressə yaxşı gəlir;
  11. Migren xəstələrinə xeyirlidir,
  12. Ürək sağlamlığını qoruyur;
  13. Beynin 85 faiz sudan ibarətdir.  Adekvat su istifadəsi yaxşı konsentrasiyanı təmin edir.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et