Bu gün:

Evdəki süpürgələr nə dərəcədə təhlükəlidir?


 Son zamanların ən məşhur cihazlarından biri olan robot tozsoranlar göründüyü qədər məsum olmaya bilər.  Mütəxəssislər bu cihazların təhlükəsizlik məsələlərinə diqqət ediblər. Robot tozsoranlar tərəfindən səs və videonun qeydə alınması şəxsi həyatın məxfiliyinin pozulması cinayətini təşkil edir. Mütəxəssislər özlərini qorumağın yollarından danışıblar.

Marmara Universiteti Vizual Ünsiyyət Dizaynı Bölüm Başçısı və İnformasiya Mütəxəssisi Dos. Dr. Əli Murat Kırık bu süpürgələrin görüntü və səs yazdığını, lakin onlardan yalnız süpürgəni idarə etmək və onun xəritəsini yaratmaq üçün istifadə edildiyinə diqqət çəkir.  “Bu hesabatlar doğrudursa, bu, potensial olaraq istifadəçi məxfiliyini poza və təhlükəsizlik problemləri yarada bilər.  Əgər şəxsi yaşayış sahəsinə daxil olan cihaz belə həssas məlumatları qeydə alırsa, bu, istifadəçilərin məxfiliyini ciddi şəkildə poza bilər".

Bu cihazlarda istehsalçılardan əvvəlcədən məlumat vermələri və istifadəçinin nəzarət etməsi üçün parametrləri təmin etmələri tələb olunur.

Ali Murat Kırık və Ömər Yılmaz robot tozsoranların təhlükələrinə diqqət çəkib. "İstifadəçilərin cihazın hansı növ məlumatı qeyd etdiyini başa düşməsi  və lazım olduqda bu funksiyaları söndürməsi çox vacibdir",– deyən Murat Kırık sözlərini belə davam etdirib: “Robot tozsoranlarının məxfilik risklərindən qorunmaq üçün etibarlı brendlər seçə, cari proqramı müntəzəm olaraq yeniləyə və məxfilik parametrlərini yoxlaya bilərsiniz. Kamera və mikrofon kimi xüsusiyyətlər varsa, bu xüsusiyyətləri lazım olduqda istifadə etmək üçün təyin edərək məxfiliyinizi qoruya, güclü parollardan istifadə edə və lazım gəldikdə şəbəkədən ayrılma kimi addımlarla daha çox təhlükəsizlik təmin edə bilərsiniz".

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et