
Danışmaq insanların özünü ifadə edə biləcəyi ən təsirli üsullardan biridir. Bununla belə, hər kəsin effektiv danışıq qabiliyyəti yoxdur. Bəs istər işdə, istərsə də şəxsi həyatda effektiv danışmaq üçün nələrə diqqət etməliyik? Demək olar ki, hər kəs etdiyi nitq və ya yazdığı mətnlə qarşıdakı insanı heyran etmək istəyir. Bu bir həqiqətdir ki, təkcə ictimai yerlərdə deyil, iş və şəxsi həyatda da təsirli danışan insanlar bu xüsusiyyətləri sayəsində seçilir, sözləri diqqətçəkən sayılır. Bəs bunun üçün nələrə diqqət edilməlidir?
Effektiv danışmağın 7 yolu var:
Hazırlaşın
Effektiv nitq üçün əvvəlcə, deyəcəyiniz şeyə hazırlaşın. Əgər bu planlı bir çıxışdırsa və nitqinizi mətn üzərində söyləmək niyyətindəsinizsə, əvvəlcə məşq etməklə başlaya bilərsiniz. Ancaq plansız və hazırlıqsız çıxış edəcəksinizsə, çıxışınız zamanı qeyd edəcəyiniz məqamları düşünün, düşünmədən cümlələr qurmamağa və tez danışmamağa çalışın.
Göz təması qurun
Effektiv ünsiyyət üçün müraciət etməniz lazım olan qaydaların başında danışarkən göz təması qurmaq lazımdır. Əgər danışdığınız insanı nitqinizlə heyran etmək və dediklərinizdə səmimi olduğunuza inandırmaq istəyirsinizsə, danışarkən göz təması qurmaqdan çəkinməyin. Ancaq bunu edərkən əsəbləşməyin.
Bədən dilindən düzgün istifadə edin
Effektiv ünsiyyət üçün istifadə etməyin başqa bir yolu jestləriniz və üz ifadələrinizdir. Bədən dilinin əhəmiyyətinə laqeyd yanaşmayın, enerjinizi düzgün yayaraq və bədən dilinizi düzgün istifadə edərək öz hiss və düşüncələrinizi bədən dilinizlə dəstəkləyin.
Səs tonunuza diqqət yetirin
Diqqət yetirməli olduğunuz başqa bir amil səs tonunuzdur. Danışarkən düzgün nöqtələrdə nəfəs almağa, tez deyil, yavaş danışmağa diqqət edin. Səs tonunuz hissləriniz və düşüncələriniz haqqında ipucu verir. Bu səbəblə həyəcanlı, stresli və ya kədərli olsanız belə, olduğunuz mühitə uyğun olaraq tonunuzu tənzimləyin və yüksək və ya alçaq səslə danışmamağa çalışın.
Danışarkən mesajınızdan yayınmayın
Haqqında danışdığınız şeyə necə təsir etmək istəyirsiniz?
Tamaşaçılara çatdırmaq istədiyiniz mesaj tam olaraq nədir? Fərqli mövzulardan danışmaq, əsas mövzudan uzaqlaşmaq diqqəti yayındırır və verilməsi nəzərdə tutulan mesaj dinləyiciyə çatmır. Çıxışınızı danışarkən vermək istədiyiniz mesajın oxunaqlı edin. Unutmayın ki, məqsədsiz çıxış səmərəsiz olacaq və auditoriyaya çatmayacaq.
Diqqəti cəlb edin
Effektiv nitqin ən mühüm elementlərindən biri dinləyicinin diqqətini deyilənlərə cəlb etməkdir. Əgər yumoristik bir insansınızsa, çıxışınız zamanı bu xüsusiyyətdən yararlana və ya çıxışınızla bağlı lətifələrdən və ya maraqlı məlumatlardan istifadə edərək dinləyicilərin diqqətini cəlb edə bilərsiniz.
Sözü çox uzatmayın
Lazımsız uzun çıxışlar etibarınızı itirməyə, auditoriyanın diqqətini və marağını azaltmağa səbəb olur. Ona görə də diqqətli olun ki, nitqinizi uzatmayın və dinləyicilərin diqqətini özünüzdə saxlasın.
Mənbə:kariyer.net
Tərcümə etdi:Sayad Qoşnalıyeva
