Bu gün:

Təşviş pozuntusunun əlamətləri


Bu gün bir çox insanların qarşılaşdığı problemə çevrilən təşviş pozuntusu gündəlik həyatınıza təsir edən və sizi çətinliyə salan bir vəziyyətdir. Əgər hiss etdiyiniz narahatlıq, qorxu və gərginlik həyatınızı ələ keçirirsə, təşviş pozuntusu yaşamış ola bilərsiniz.

Təşviş pozuntusu nədir?
Cəmiyyət arasında anksiyete kimi tanınan psixoloji pozğunluqlardan biri olan təşviş pozuntusu yaxınlaşan stress və ya təhlükə faktorlarına cavab olaraq hiss edilən narahatlıq, qorxu və ya sıxıntı hissidir.

Təşviş pozuntusuna nə səbəb olur?
Bir çox psixi pozğunluqlarda olduğu kimi, təşviş pozuntusunda da dəqiq səbəbi məlum deyil. Anksiyete beyində təbii olaraq tapılan bəzi kimyəvi maddələrin (serotonin və neropinefrin) balanssızlığından qaynaqlanır.

Əlamətləri:

- Sürətli və nizamsız ürək döyüntüsü

-Nəfəs almanın sürətlənməsi

-Qaçılmaz təhlükə, çaxnaşma və ya qorxu hissi

-Qəfil tərləmə

-Başda, əzələlərdə və mədədə səbəbsiz ağrılar

-Əzələ ağrıları və əzələlərdə gərginlik

-Konsentrasiyanın narahatlıq üzərində cəmləşməsi

-Yorğunluq hissi

-Yuxusuzluq

-Mədə-bağırsaq pozğunluqlarının baş verməsi

-Vəziyyəti təkrar-təkrar düşünmək

-Nəfəs darlığı

-Baş ağrısı və başgicəllənmə

-Quru ağız

-Ürəkbulanma

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et