Bu gün:

İsti havada necə makyaj etmək olar?


Yayda harada olursunuzsa olun, dərinizin qüsursuz və sağlam görünməsi üçün qat-qat makiyajdan uzaqlaşmalısınız.

Bəs yayda necə makiyaj etməliyik?
Yayda makiyaj edərkən ilk olaraq təmiz dərinizə günəşdən qoruyucu krem çəkməlisiniz. Çünki bu həm sizi günəşin zərərli şüalarından qoruyacaq, həm də dərinizi nəm saxlayacaq.

İkinci addım olan qalıcılıq üçün makiyaj bazasından istifadə etmək çox vacibdir. Bundan əlavə, temperaturun artması nəticəsində yaranan tərləmə və yağlanma problemini daha az məhsulla kompensasiya etməlisiniz.
Digər tərəfdən yanaq sümükləri, çənə, burun və alnınıza bronzer sürtməklə dərinizin daha təravətli və təbii görünməsini təmin edə bilərsiniz.
Dodaq parıldadıcıları dodaqlarınızın canlı və təravətli görünməsi üçün yayda ən yaxşı məhsuldur. Buna görə də makiyajınızı ağır tutqun dodaq boyaları yerinə şirin çəhrayı və ya şaftalı rəngli dodaq boyası ilə tamamlayın.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et