Bu gün:

Mükəmməl saçlı qadınların 6 baxım sirri



Hər iki-üç həftədən bir salondan saçın qırılan uclarını götürməyi xahiş edirlər. Beləliklə, saçlar daha sağlam uzanmağa davam edir.


Şampun seçimindən tutmuş suyun istiliyinə qədər hər şeylə saç tellərini nəmləndirirlər. Bunun üçün barmaqları ilə saç köklərini sulfatsız şampunla masaj edərək ilıq su ilə yaxalayırlar.


Mükəmməl saçlı qadınlar əvvəlcə düzgün saç düzümünə sahibdirlər. Düzgün saç düzümü ilə onlar yuxudan oyananda saçlarını düzəltməkdən belə narahat olmayacaqlar.


Saçınızla nə qədər az məşğul olsanız, o cümlədən daransanız, bir o qədər az zərər verəcəksiniz. Bu səbəblə mükəmməl saçlı xanımlar saçlarını mümkün qədər düzəltmək, burmaq kimi prosesləri tətbiq etmirlər. Əgər saçları istiliklə təmasda olacaqsa, istiliyə qarşı kondisionerlərdən istifadə edir, duşdan sonra saç qurutma maşını əvəzinə havada qurumasını gözləyirlər.


Saçın sağlamlığı üçün ən vacib hissə olan baş dərisinə müntəzəm olaraq nəm əlavə edirlər. Həftədə bir dəfə pambığın üzərinə çay ağacı yağını töküb saç diblərinə sürtüb masaj edirlər ki, nəmlənsin.

Parlaq, güclü və sağlam saçlara sahib qadınların yeganə sirri salonda gördükləri müalicələr deyil. Evdə etdikləri prosedurlarla hər zaman mükəmməl görünən saçlara sahib olmağı bacarırlar.


Mənbə:instylecom

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et