Bu gün:

Niyə səhər yeməyi yeməliyik?


Gündəlik işinizdə ləng olmağınıza maneə olan və sağlamlığınıza sağlamlıq qatan səhər yeməyini niyə atlamamağınıza diqqət etdik.

1. Maddələr mübadiləsini sürətləndirir

Aşağı metabolizm bir çox xəstəliklərin səbəbi ola bilər. Təkcə bu deyil, həm də çəki artımını sürətləndirir. Metabolizm sürətinizi artırmaq üçün səhər yeməyinə diqqət yetirmək lazımdır.

2. Enerjinizi artırır

Oyandığınız andan bütün gün sizi gözləyərkən enerjiniz yerində olmalıdır. Təbii ki, ən yaxşı enerji mənbəyi səhər yeməyidir. Xüsusilə, balanslı və zülal əsaslı yaxşı səhər yeməyi ilə gün boyu özünüzü daha enerjili hiss edəcəksiniz.

3. Həzm sisteminizi tənzimləyir

Əgər təkrarlanan həzm problemləriniz varsa, pəhrizinizə nəzər salmağa nə deyirsiniz? Yuxudan oyandıqdan sonra böyük bir stəkan su və bol protein və tərəvəzli səhər yeməyi ilə həzm sisteminizin zamanla tənzimləndiyinə şahid olacaqsınız.

4. Diqqətinizi cəmləşdirir

Bir çox araşdırmalara görə, günə səhər yeməyi olmadan başlamaq, diqqətinizi toplamaq problemlərinə səbəb olur. Bu vəziyyət təhsil və iş həyatında başda olmaq üzrə bir çox problemlərlə qarşılaşmağınıza yol aça bilər. Öyrənmə qabiliyyətinizi artırmaq üçün günə möhkəm səhər yeməyi ilə başlamağı laqeyd etməməyi tövsiyə edirik.

5. Xoşbəxtliyinizi artırır

Səhər yeməyi bədəninizə töhfə verməklə yanaşı, həm də psixoloji olaraq özünüzü yaxşı hiss etməyə kömək edir. Bu, həm də gün ərzində aktiv həyatınızda daha xoşbəxt olmanıza kömək edir. 

6. Arıqlamağa kömək edir

Səhər yeməyi yeyərək arıqlamaq olarmı? Niyə də yox! Günə səhər yeməyi ilə başlamaq maddələr mübadiləsini sürətləndirəcək və həzm sisteminizi daha nizamlı edəcək, buna görə də zamanla arıqlamağınıza kömək edəcək. Həm də günün ilk saatlarında tox qalmağa və qəlyanaltılara yüklənməməyə imkan verir. O, həmçinin daha az kalori yeməyə kömək edir.

7. Keyfiyyətli zülal almağınızı təmin edir

Keyfiyyətli protein qəbulu sağlam bədən üçün vacibdir. Bədənin gündə öz çəkisi qədər qram əsasında protein qəbul etməsi lazımdır. Zülal ehtiyacınızın çoxunu günün ilk saatlarında qəbul etsəniz, uzun müddət tox qala və qalan vaxtlarda yenidən sağlam protein qəbul edə bilərsiniz. Gündəlik protein ehtiyacınızın çoxunu yumurta, pendir, süd və yulafdan ibarət sağlam protein səhər yeməyi ilə qarşılaya bilərsiniz.

8. Məhsuldarlığınızı artırır

Siz də sağlam səhər yeməyi ilə gün ərzində hiss edəcəyiniz yuxululuğun qarşısını ala bilərsiniz. Bu şəkildə diqqətinizi yayındırma probleminiz aradan qalxacaq və məhsuldarlığınız artacaq.

9. Yaddaşınızı gücləndirir

Daha çox süd və süd məhsullarından ibarət səhər yeməyi ilə unutqanlığınız zamanla yox olacaq. Necə? Bu qidalardan alacağınız B vitaminləri sayəsində yaddaşınız güclənəcək. Gündəlik ehtiyacınız olan B qrupu vitaminlərinin ən az 20%-ni səhər yeməyində qəbul edəcəyiniz sağlam süd qrupu qidalarla qarşılaya və daha sağlam beyinə sahib ola bilərsiniz.

10. Qlükoza balansını saxlayır

Araşdırmalara görə, səhər yeməyi yeyən fərdlərin 2-ci tip diabetə tutulma riski çox aşağıdır. Səhər yeməyini atlayan insanlar isə yeməkdən dərhal sonra çox yüksək qlükoza və insulin dəyərlərinə malikdirlər. Nəticədə, insulinə həssaslığınız pozulur. Gün ərzində daha tez-tez aclıq hiss edirsiniz və daha çox yemək ehtiyacı hiss edirsiniz. Bu səbəbdən qlükoza balansınızı qorumaq üçün günə səhər yeməyi ilə başlamalısınız.

Mənbə:Alemcomtr

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et