Bu gün:

Çoban yastığının insan orqanizmi üçün faydaları nələrdir?


"Saf və təmiz sevgi" mənasını verən çobanyastığı yaz aylarında tez-tez rastlaşdığımız zərif çiçək növüdür. Yabanı bitki olan çobanyastığı çiçəyinə yaz aylarında bir çox yerlərdə rast gəlmək mümkündür. Birdən çox növü olan çobanyastığı çiçəyi evlərimizdə bəzək ilə yanaşı, tibb və içki kimi müxtəlif sahələrdə də istifadə edilə bilər.

Çobanyastığının faydaları nələrdir?

Çobanyastığı tibbi mənada çox faydalı bitkidir və tez-tez çay kimi istifadə olunur. İltihab əleyhinə xüsusiyyətləri ilə dəri sağlamlığı üçün çox faydalıdır. Dəridə sıxlaşdırıcı, aydınlaşdırıcı və canlandırıcı təsirə malik olan çobanyastığı çayı dəriyə tonik tətbiqi kimi də istifadə edilir. Çobanyastığı çayı buxarı qrip infeksiyası nəticəsində yaranan yuxarı tənəffüs yolları xəstəliklərinə faydalıdır.

Göz qapağı iltihabının müalicəsində də istifadə edilən çobanyastığı təkcə göz iltihabında deyil, həm də sidik yolları infeksiyalarının aradan qaldırılmasında çox mühüm rola malikdir. Həzm sistemini və immuniteti gücləndirərək xəstəliklərdən qoruyur. Menstruasiya zamanı təsirli ağrı kəsici kimi istifadə edilə bilər. Qaraciyər və öd kisəsi sağlamlığı baxımından da çox təsirli bir bitkidir.

Bir çox müalicəvi faydaları olan çobanyastığın müsbət təsirlərini görmək mümkündür. Bir çox xəstəliklərin müalicəsində istifadə edilən çobanyastığı, adətən, çay şəklində qəbul edilir. Ağız iltihablarını, göz infeksiyalarını, sidik yolları infeksiyalarını aradan qaldıran təsirli təbii vasitə olan çobanyastığı qazı həzm etmə xüsusiyyətinə də malikdir. Stressə qarşı da yaxşı olan çobanyastığı sakitləşdirici xüsusiyyətə də malikdir. Çobanyastığının istifadəsi bəzi dərmanlarla qarşılıqlı əlaqədə olduqda zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən bəzi pestisidlərin istehsalında istifadə edilir. 

Çobanyastığından necə istifadə etmək lazımdır?

Bir çox insanlar evlərinə ləzzət vermək və ya yaxınlarını sevindirmək üçün çobanyastığı alınır. Çobanyastığın istifadəsi çox olmalı deyil, əksinə, məhdud olmalıdır. Çobanyastığı bitkisi sevdiklərimizi sevindirmək və ya evlərimizi bəzəmək üçün adətən çiçəkçilərdə rast gəldiyimiz bir bitki olsa da, göründüyündən qat-qat faydalıdır və bir çox dərdlərə şəfası vardır.

Çobanyastığı daha çox çay kimi istifadə olunur. Bitki çayları arasında çox istifadə edilən çobanyastığı həzmsizlik, spazm kimi şikayətlərə yaxşı gəlir. Çobanyastığı çayını marketlərdən paket çay kimi ala bilərsiniz və ya bitki həkimlərindən ala biləcəyiniz qurudulmuş çobanyastığı bağlamaları ilə evdə özünüz hazırlaya bilərsiniz. Bir neçə qurudulmuş çobanyastığı tumunun üzərinə qaynar su töküb 5-10 dəqiqə dəmləmək kifayətdir, sonra stəkanda içmək üçün hazır olacaq.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et