Alimlər ürək sağlamlığını qoruyan və insan ömrünü uzadan qida maddələri üzərində araşdırmalar davam etdirirlər. Məlum olub ki, bu qidalardan biri də qarağat olub. "Qara qarağat" kimi tanınan meyvənin latınca adı Ribes Nigrumdur.

Mütəxəssislər bu meyvənin qan dövranını 45 faiz artıraraq aterosklerozla mübarizə apardığını anlayıblar. Bəs qarağat tam olaraq nəyə qarşı dərmandır? Qarağatın ürək sağlamlığına təsiri nədir? Qarağatın faydaları nələrdir?
Çiçester Universitetinin professoru Dr. Mark Willems Yeni Zelandiya qarağatından CurraNZ ekstraktının ürək sağlamlığına və qan təzyiqinə olan təsirini araşdırıb. CurraNZ çox yüksək səviyyədə antosiyaninlərə malik olan Yeni Zelandiya qarağatından hazırlanmış təbii qaynaqlı sağlamlıq və fitnes qida əlavəsinin ticarət adıdır. Fitneslə məşğul olanlar üçün satılan bu qida əlavəsi idmandan sonra əzələlərin bərpasını sürətləndirmək, yorğunluğu azaltmaq, dözümlülüyü artırmaq, yağ yandırmağa kömək etmək üçün qəbul edilir.
Məşq Fiziologiyası Professoru Mark Villemsin sözlərinə görə, bu pəhriz əlavəsi hətta bir həftəlik istifadə ilə belə ümumi qan dövranı üçün tənzimləyici təsir göstərə bilər. Meyvə müntəzəm istifadə ilə bədənin saatını 10 il geri çəkməyə kömək edə bilər. 2013-cü ildən Yeni Zelandiyanın qarağat ekstraktından əldə edilən CurraNZ adlı əlavənin təsiri üzərində çalışan Willems bu işinə görə mükafat alıb.
Çiçester Universitetində aparılan araşdırmada qarağatın ürək-damar sağlamlığı üçün faydaları ilə bağlı mühüm nəticələr əldə edilib. Tədqiqatçılar müşahidə etmişlər ki, qarağat ekstraktı (CurraNZ) qəbul etmək əzələ daralması zamanı əsas arteriya qan axınını 45 faizə qədər artırmışdır. Klinik cəhətdən əhəmiyyətli nəticələr dörd ilə yeddi gün arasında müşahidə edilmişdi.
Qarağat ekstraktının qan axınını təşviq edən təsiri əsasən damarları genişləndirən bununla da əzələlərə, toxumalara və digər həyati orqanlara qan axınını artıran antosiyaninlərə aiddir. Qarağat tərkibində antosiyanin olan meyvələr sırasına daxildir. Çox yüksək antosiyaninlər ehtiva edən Yeni Zelandiya qarağatının ekstraktı ürək-damar sağlamlığına həm sürətli, həm də geniş miqyaslı şəkildə təsir göstərir.
Qarağat antosiyaninlərlə yanaşı, hipertoniya və ürək-damar sağlamlığı üçün elmi cəhətdən sübut edilmiş faydaları olan kalium və linolenik turşusu ilə də zəngindir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
