Shea yağı ilə saç və dəri maskaları hazırlana bilər. Maskanın tərkibinə bal və adaçayı da daxildir ki, bu da saçlara lazımi nəmlik verir. Shea yağından necə istifadə etmək olar?

Shea yağı göz ətrafı və dodaq xəttlərində çox təsirli olması və nəmləndirici xüsusiyyəti ilə dərinin parlaq görünməsinə kömək edir. Quru və asanlıqla qırılan saçlarınız varsa, shea yağından hazırlanan saç maskasından istifadə edə bilərsiniz. Shea yağı qidalandırıcı xüsusiyyəti ilə saçınızın nəm saxlamasına və böyüməsinə kömək edir.
Bir qabda 1 çay qaşığı shea yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı quru adaçayı, 10 xörək qaşığı mineral suyu qarışdırıb 30 dəqiqə gözləyin. Sonra su və şampun ilə yuyun. Bu tətbiqi hər 10 gündən bir etdiyiniz zaman saçlarınızdakı müsbət dəyişikliyi hiss edəcəksiniz.
Shea yağının digər faydaları nələrdir?
Əzələ ağrılarını aradan qaldıran shea yağı qan dövranının sürətlənməsini dəstəkləyir. Qrip və soyuqdəymə zamanı burun dəliklərinizə bir az shea yağı sürtsəniz daha rahat nəfəs ala bilərsiniz. Bir stəkan suya az miqdarda shea yağı əlavə etsəniz, ishali də aradan qaldıra bilərsiniz.
Sızanaq kremlərinin istehsalında tez-tez istifadə edilən shea yağı iltihabı azaldır və sızanaqları qurudur. Shea yağı da ləkələr və yara izləri üçün faydalı olduğu bilinir. Bədəndəki çatları tez bir zamanda aradan qaldıran shea yağı hamiləlikdən sonra yaranan dəri problemlərinə də faydalı olur.
Kosmetik mağazalarda və herbalistlərdə tapa biləcəyiniz shea yağını alarkən onun üzvi və soyuq preslənmiş olmasına diqqət edin. Shea yağı kollagen istehsalını artırır və yeni hüceyrənin meydana gəlməsini təşviq edir. Bu, ekoloji stress və yaşlanmanın dəridə yarada biləcəyi qırışları və incə xəttləri azaltmağa kömək edə bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
