
Diş çürüməsi, diş əti xəstəliyi, sümük itkisi və diş itkisi kimi problemlərlə daha tez-tez qarşılaşa bilərsiniz. Buna görə ağız sağlamlığını qorumaq üçün bəzi profilaktik tədbirlərə riayət etmək vacibdir. Dt. Pertev Kökdemir bu barədə yazır:
Sağlam inci ağ dişlərinizi qorumağınıza kömək edəcək dörd diş baxımı məsləhəti:
1. Şəkər qəbuluna nəzarət
Şəkərli qidalar və içkilər dişlərinizlə təmasda olduqda ağzınızdakı təbii bakteriyalar diş minasına zərər verə bilər. Mümkün olan zərər diş çürüməsini artırır. İnkişaf edən və vaxtında müalicə olunmayan diş çürüməsi zamanla diş itkisinə səbəb ola bilər. Buna görə şəkər qəbuluna nəzarət vacibdir.
2. Dişlərinizi fırçalamağı və diş ipindən istifadə etməyi unutmayın
Dişlərinizi uzun müddət yaxşı vəziyyətdə saxlamaq istəyirsinizsə, hər gün gündə iki dəfə fırçalamağa laqeyd yanaşmamalısınız. Bu dişləriniz arasında yığıla bilən qida qalıqlarını təmizləyəcək və diş çürüməsinin qarşısını alacaqdır. Gündəlik ağız baxımınıza gündə ən azı bir dəfə diş ipini də daxil etməlisiniz, çünki diş ipi dişlər arasındakı əlçatmaz yerlərdən yemək parçalarını və bakteriyaları təmizləyə bilər. Bütün bunlardan başqa təbəssümünüzü və nəfəsinizi təzə saxlamaq üçün ağız qarqarasından istifadə etməli və dişlərinizi fırçalayarkən dilinizin yuxarı hissəsini təmizləməlisiniz.
3. Pis vərdişlərdən uzaq durun
Dırnaqları dişləmək, şüşə qapaqlarını dişlərinizlə açmaq, qida qabığını dişlərinizlə qırmaq dişlərin aşınmasına və ya qırılmasına səbəb ola bilər. Tütün və tütün məhsullarının istifadəsi ürək xəstəlikləri kimi sağlamlığınızı pisləşdirəcək problemlərə səbəb ola bilər. Bu davranışlardan çəkinərək dişlərinizin sağlamlığını və ümumi sağlamlığınızı qoruya bilərsiniz.
4. Mütəmadi diş həkimi ziyarətlərini planlaşdırın
Hər gün mütəmadi olaraq ağız baxımı etsəniz də, hər 6 ayda bir diş həkimi ziyarətlərini planlaşdırmaq vacibdir. Çünki bu ziyarətlər zamanı həkiminiz ağız içi müayinənizi aparacaq, erkən yoxlanışda ortaya çıxa biləcək problemləri müəyyənləşdirəcək və müalicə planı hazırlayacaqdır. Bundan əlavə bu ziyarətlər zamanı dişlərinizi fırçalayarkən əmələ gələn diş lövhənisini çıxara və sağlamlıqla gülümsəməyə davam edə bilərsiniz. Yaşınızdan asılı olmayaraq, rahat qidalanmağı, aydın danışmağı və inamla gülümsəməyi bacarmalısınız. Bu bir neçə məsləhətə əməl etməklə siz gələcək illər ərzində ağız sağlamlığınızı qoruya biləcəksiniz.
Mənbə: CNN Türk
Tərcümə etdi : Aysu Əsədova
