
Evdə təmizlik üçün və ehtiyaca uyğun çoxlu kimyəvi maddələr və dərmanlar var. Bunlara hər kəsin əlçatımlı olması bloklanmalıdır, çünki bunlar çox vaxt kimyəvi xarakter daşıyır. Təmizləyici materiallar iyləndikdə belə zəhərlənməyə səbəb olur. Evdəki təmizlik materialları uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Uşaqlar fərqinə varmadan təmizlik ləvazimatlarını udmaq, içmək və ya iyləməklə zəhərlənə bilərlər. Ev heyvanları olan insanlar onları heyvanların aça bilməyəcəyi kilidli şkaflarda saxlamalıdırlar.
Evdə aşkar olunan zəhərli maddələr:
1. Ağardıcı
2. Yuyucu toz
3. Soba təmizləyicisi
4. Metal cilalayıcı
5. Əhəng təmizləyicisi
6. İnsektisid
7. Qabyuyan maye
8. Otaq ətirləri
9. Naftalin
10. Kosmetika
11. Tualet təmizləyicisi
12. Dırnaq lakı və aseton
13. Dərmanlar
14. Şampun və saç kremi
15. Maye sabun
16. Ayaqqabı boyası
17. Ayaqqabı cilası
18. Pestisidlər
19. Boya və boya materialları
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
