Bu gün:

İlk yardım təcrübələrini bilmək niyə vacibdir?



İlk yardımı necə tətbiq etməyi bilmək həm insanlarda, həm də cəmiyyətdə öz təsirini göstərir. Fövqəladə hallarda yaralılara ilk yardım həyatı xilas edə bilər. Sağ qalanların həyatda qalmasına kömək edərək tibbi qruplar gələnə qədər düzgün müdaxilə təsirli ola bilər. İlk yardım bacarıqları evdə, işdə və cəmiyyətdə vacibdir. İlk tibbi yardım sertifikatı olan şəxs qəza zamanı öz müdaxiləsi ilə insanlara həyat verə bilər.

İlk tibbi yardım sertifikatının olması onu göstərir ki, biz ilk tibbi yardım göstərməyi bilən insanlarıq. Təlim olmadan ilk müdaxilə xəstənin həyatını təhlükəyə ata bilər. Haqqında danışmaq üzücü olsa da, hər gün minlərlə yol-nəqliyyat hadisəsinin baş verdiyi ölkəmizdə ilkin tibbi yardıma hər an ehtiyac ola bilər. İstehsalat qəzaları zamanı müdaxilə həyatları xilas edir. Məişət qəzaları da evdə tez-tez baş verir. Bu səbəbdən hər kəs ilk yardımı bilməli, lazım olanda ətrafdakılara kömək etməlidir. Əsas ilk yardım biliyi olan biri tibbi qruplar gələnə qədər insana həyatda qalmağa kömək edə bilər. Sadə texnika və təcrübələr ilk yarım saatda həyatları xilas edir.

Bir çox müəssisələrdə işçilərə ilk yardım təlimi verilir. İş qəzalarında ilk müdaxilə ilə can qurtarmaq da mümkün olur. Şəxsi heyət öz işinin təhlükəli olduğunu bildiyi üçün müalicə də tətbiq edir.


Mənbə: Denkbilgi.com

Tərcümə etdi: Aydan Qasımova 


Paylaş
Şərh əlavə et