Bu gün:

İmmunitet sistemini gücləndirmək üçün nə edilə biləcəyini öyrənin


Bədənimizin zərərli bakteriya və mikroorqanizmlərə qarşı müdafiə divarı immunitet sistemidir. Sağlam insanlarda immun sistemi güclü olduğu halda, sağlamlığına fikir verməyən xəstə insanlarda daha zəif olur. İmmunitet sistemi limfositlərdən ibarətdir, orqanizmə daxil olan bakteriyaları xaric edərək orqanizmi xəstəliklərdən qoruyur. Mikrobları aradan qaldırmaq və sağlamlığımızı bərpa etmək üçün qoruyucu təsir göstərir. Bədən bakteriyalara qarşı öz müdafiə sistemindən istifadə edir. Bakteriyalar bütün bədənə yayılır və xəstəliyə səbəb olmadan antikor ifraz edərək bakteriyaları zərərsizləşdirir.

Güclü immunitet sisteminə sahib olmaq sağlam olmaq deməkdir. Antioksidantlarla zəngin qidalar immunitet sistemini qoruyaraq onu dəstəkləyir. Bədənin müdafiə sistemini yaxşılaşdırır. Fiziki sağlamlığa diqqət etməklə xəstəliklərin qarşısı alınır. Yuxu rejimi, qidalanma, stress səviyyəsi, xroniki xəstəliklər, qan dəyərləri immunitet sistemi ilə əlaqədardır. Zülallar antikorların istehsalında təsirli olur. Gündəlik 2-3 porsiya süd və süd məhsulları, gündə ən azı bir dəfə balıq, toyuq və ət istehlakı immuniteti gücləndirir. A, C, E, B vitaminləri immunitet sistemini gücləndirməkdə təsirli olur.

İmmunitet sistemi üçün faydalı qidalar: Balıq, yumurta, sarımsaq, sitrus meyvələri, kələm, paxlalı bitkilər, yaşıl çay, nar, itburnu, pomidor, zəncəfil, zerdeçal, kətan toxumu, qatıq və kəfir, yağlı toxumlar, su.

Mənbə: Denkbilgi.com

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et