
İnsanlar yaşadıqları bölgədən asılı olaraq, dini müxtəlif cür şərh edə bilərlər. İnsanların doğulub boya-başa çatdığı yerlərdəki inanc fərqləri, fərqli mədəniyyətlər, fərqli baxış və düşüncələr bu düşüncəyə səbəb olur. İnsanlar struktur olaraq cəmiyyəti izləyirlər. Sosial dəyişikliklər insanların dinə baxışına təsir edir. Böyüdükləri bölgədə din fərqli şərh edilirsə, bu düşüncəni mənimsəyərək hərəkət edirlər.
Din anlayışının fərqli şərh edilməsinin səbəbi insanlardır. Dini tam dərk etməmələrindən, düşünmədən hərəkət etmələrindən irəli gəlir. Hər bir insanın öz düşüncəsi ola bilər, amma ümumi dəyərləri dəyişməməlidir. Din insana deyil, cəmiyyətə görə şərh olunur. Dinlər köhnə olduqları üçün müxtəlif şərhlərə açıqdırlar, lakin onları özlərinə məxsus şəkildə şərh etmək olmaz. Din anlayışını mənimsəyən cəmiyyət tərəfindən istiqamətləndirilməlidir. Maraqlı, tədqiq edən və seçici insanlar dini daha ətraflı araşdıra bilərlər. Bu həm də müxtəlif anlayışların ortaya çıxmasına şərait yaradır. Məsələn, kitab oxuyan on adamın fikirləri fərqli ola bilər. Bunun səbəbi müxtəlif diqqət nöqtələri ola bilər. Ağıllarında fərqli düşüncələrə sahib olmaqla özlərinə istiqamət verə bilərlər.
Hər bir insan yaşadığı cəmiyyətin adət-ənənələri, inancları, həyat tərzi ilə formalaşır. Cəmiyyətdə qəbul edilən hər şeyi qəbul edərək, cəmiyyətin həqiqətini öz həqiqəti kimi qəbul edərək həyatına davam edir. Tarix boyu din eyni qalmadığına görə dəyişib. Elə hallar olub ki, insanlar öz inanclarını sorğu-sual edərək fərqli fikirlər söyləyirlər. Dünyada yaşayan milyardlarla insan müxtəlif dinləri qəbul edərək həyatlarını davam etdirmişlər.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
