Gününüz çox məşğuldursa, özünüzü daimi tələskənlik içində hiss edirsinizsə, işdən, məktəbdən evə yorğun gəlirsinizsə və ya bütün gün ev işləri ilə məşğul olmaq sizə yüklənirsə, hər zaman özünüzü yorğun və ləng hiss edirsinizsə, siz heç də tək deyilsiniz. C vitamini ilə zəngin qidalardan tutmuş qoz-fındığa qədər, məsələn, yorğunluğu aradan qaldırmaq üçün bir çox təbii qida və içkilərdən istifadə edə və özünüzü daha fit hiss etdirə bilərsiniz.
Yorğunluğa nə səbəb olur?
Yorğunluğa nəyin faydalı olduğu sualına cavab verməzdən əvvəl daha sadə bir suala cavab vermək və yorğunluğun səbəbini öyrənmək istəyərik. Əgər xroniki yorğunluğunuz varsa, təbii ki, ilk növbədə, həkiminizlə məsləhətləşməli və həkiminizin dediyi bütün məsləhətləri etməlisiniz. Əgər əsas sağlamlıq problemi yoxdursa, sizi yorğun və ləng hiss etdirən şeylər ola bilər:
1. Ağır iş
2. Güclü fiziki, zehni fəaliyyət
3. Az su qəbulu
4. Keyfiyyətsiz yuxu
5. Düzgün olmayan qidalanma
6. Vitamin və mineral çatışmazlığı
7. Stress və narahatlıq
8. Hormonal dəyişikliklər
9. Xroniki xəstəliklər
Aşağıdakı təbii qidalar yorğunluq və zəiflik üçün faydalıdır. Ancaq alergiyanız və ya dözümsüzlüyünüz varsa, təbii ki, bunları heç vaxt qəbul etməməli, həkiminizin sizə uyğun gördüyü qidaları və içkiləri mütəmadi olaraq qəbul etməlisiniz.
Zülallar
Zülallar bədənin enerji istehsalını təmin edir və əzələlərin bərpasına kömək edir. Bu şəkildə özünü halsız və yorğun hiss edənlərə, xüsusilə, əzələ yorğunluğuna yaxşı təsir göstərir. Zülal üçün səhər yeməyinizə yumurta, digər yeməklərinizə isə toyuq, hinduşqa, qırmızı ət və ya paxlalılar kimi heyvan və bitki mənşəli protein mənbələrini daxil etməyi unutmayın.
Kök
Tam beta karotin qaynağı olan yerkökü, bu xüsusiyyəti ilə bədəndə A vitamininə çevrilir. Bu yolla hüceyrə bərpasını təşviq edərək bədəni enerji ilə təmin edir. Yorğun, zədələnmiş hüceyrələrinizi yerkökü ilə aktivləşdirə bilərsiniz. Ac olduğunuzda, qəlyanaltı yemək istəyəndə və ya sadəcə enerjinizi artırmaq istəyəndə kökü təmizləyib yeyə və rahatlıqla salatlarınıza əlavə edə bilərsiniz.
Kivi
Kivi dedik, amma əslində, C vitamini ilə zəngin olan hər cür meyvə və tərəvəzlər yorğunluğunuzu atmaq üçün mükəmməldir. Çünki C vitamini antioksidant xüsusiyyətlərə malikdir və beləliklə, immunitet sistemini gücləndirir. Hüceyrələrdə enerji istehsalına da töhfə verir. Odur ki, özünüzü yorğun və halsız hiss etdiyiniz zaman limon, portağal, çiyələk, kivi kimi C vitamini ilə zəngin yaşıl yarpaqlı tərəvəzlər və meyvələrdən istifadə edə biləcəyinizi unutmamalısınız.

Banan
Kalium və B6 vitamini baxımından çox zəngin olan meyvələrdən biri olan banan bu faydalı maddələr sayəsində enerjinizə enerji qatacaq meyvələrdən biridir. Çünki kalium orqanizmdə elektrolit balansını tənzimlədiyi halda, B6 vitamininin enerji mübadiləsini təmin etdiyi bilinir.

Şokolad
Sağlam bir seçim olduğu bilinən şokolad, xüsusilə, tünd şokolad sizə enerji verə biləcək və yorğunluqdan xilas edə biləcək qidalardan biridir. Çünki tünd şokoladın tərkibində çoxlu maqnezium var. Maqnezium enerji istehsalının artmasına kömək etməklə yanaşı, sinir sisteminin sağlam işləməsini də təmin edir. Bu sayədə təkcə fiziki deyil, həm də stress nəticəsində yarana bilən yorğunluğa yaxşı gəlir. Təbii ki, tünd şokolad yeyərkən mülayim olmaqdan vaz keçməmək və həddi aşmamaq çox vacibdir, bizdən bir xatırlatmadır.
Tam taxıllı qidalar
Rahat həzm olunduğu üçün uzun müddət toxluq hissi verən və beləliklə, qan şəkərində ani artamalara səbəb olmayan tam taxıllı qidalar da orqanizmdə enerji balansının qurulmasına kömək edir. Birdən çox enerjili, birdən çox yorğun hiss etməyinizə mane olur.
Qoz-fındıq
Bədənə enerji verməsi baxımından qidalar arasında yer alan qoz-fındıqları unutmaq mümkün deyil. Qoz, fındıq, yerfıstığı, badam kimi qidalar sağlam yağlar, zülal və liflə zəngin olduğundan orqanizmi balanslı şəkildə enerji ilə təmin edir, tox hiss etdirir və qan şəkərinin artmasının qarşısını alır.
Omega 3 mənbəyi olan qidalar
Omeqa 3, bildiyiniz kimi, bədənimiz üçün çox faydalıdır. Çünki o, beynin öz funksiyalarını sağlam şəkildə yerinə yetirməsinə yardım etməklə yanaşı, iltihab əleyhinə xüsusiyyətlər göstərərək enerji səviyyəsini də artırır.

Yaşıl çay
Tərkibində kofein olan yaşıl çay hər qurtumda bədənə canlılıq verir və zehni rahatlıq təmin edərək stressdən qaynaqlanan yorğunluğa da yaxşı təsir göstərir. Gündə 1 stəkan yaşıl çay içə bilərsiniz. (Həkiminiz başqa cür demirsə)
Su
Əlbəttə ki, su. Hüceyrələrimizin sağlam işləməyə davam etməsi üçün ən əhəmiyyətli qaynaqlardan biri olan su enerji səviyyənizi tarazlıqda saxlayır. Buna görə də gündəlik su ehtiyacınız qədər su içmək çox vacibdir.
Mənbə: Yemek.com
Tərcümə etdi: Nuran Əhmədzadə
